Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvəsizləşdirmə məsələsinin həm nəzəri, həm də praktiki baxımdan birdəfəlik bağlandığını bildirib.
EDnews Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bu barədə KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsi açıqlama verib.
Nazirlik qeyd edib ki, ABŞ, Yaponiya və Cənubi Koreyanın KXDR-in nüvəsizləşdirilməsi ilə bağlı əvvəlki çağırışları artıq aktuallığını və praktiki əhəmiyyətini itirib, bu mövzudakı bəyanatlar Şimali Koreyanın statusuna təsir göstərə bilməz.
Pxenyan hesab edir ki, nüvəsizləşdirmə anlayışı ilk növbədə Yaponiya və Cənubi Koreyanın nüvə silahına sahib olmaq planlarına, eləcə də NATO ölkələrinin ABŞ-nin nüvə silahlarının birgə istifadəsi mexanizmlərində iştirakına şamil edilməlidir.
Qeyd edək ki, iyun ayında KXDR Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Con nüvə silahlarından imtina məsələsində heç bir kompromisə getməyəcəklərini bildirib. O, ölkəsinin suverenliyini qorumaq üçün qüvvələr balansının pozulmasına imkan verməyəcəyini vurğulayıb.







