Avropanı bürüyən anomal istilər meşə yanğınlarını sürətləndirib.
EDnews Avropa Meşə Yanğınları Məlumat Sisteminə (EFFIS) istinadən xəbər verir ki, Avropa ölkələri anomal yüksək temperaturun yeni dalğası ilə üzləşib.
Məlumata görə, iyul ayında güclü istilərin səbəb olduğu meşə yanğınları nəticəsində 126 min hektardan çox ərazi yanıb. Yanğınlardan ən çox zərər çəkən ölkə İspaniya olub. Yanmış ərazilərin təxminən 40 faizi bu ölkənin payına düşür. Kataloniyada on minlərlə insan təxliyə edilib.
Portuqaliyanın mərkəzi hissəsində baş verən yanğınlar nəticəsində təxminən 13 min hektar ərazi məhv olub. Bu, ölkədə cari ildə qeydə alınan ən yüksək göstəricidir.
Fransada yanmış ərazilərin sahəsi 25 min hektara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Ölkənin materik hissəsində yerləşən departamentlərin üçdə birində qırmızı təhlükə səviyyəsi elan edilib.
Meşə yanğınları Yunanıstan, Xorvatiya və Albaniyada da qeydə alınıb.








