Sumqayıt şəhəri Heydər Əliyev prospektində piyadavurma hadisəsi qeydə alınıb.
EDnews Oxu.Az-a istinadən xəbər verir ki, "Opel Astra" markalı, 90-TJ-149 dövlət nömrə nişanlı avtomobil qarşısına çıxan piyadanı (qadın cinsli) vurub. Daha sonra isə avtomobili geriyə doğru hərəkət etdirərək "Toyota Land Cruiser" markalı 90-SM-205 dövlət nömrə nişanlı avtomobili əzib.
İlkin məlumata görə, baş hissəsindən xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.







