Rusiyanın Ukraynanın Sumı şəhərinə hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb.
EDnews xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının rəisi Oleq Qriqorov "Telegram"da məlumat yayıb.
Ölənlər arasında 13 yaşlı qız da var.
Zərbələr nəticəsində 30 nəfərin yaralanıb, onlardan 5 nəfərin vəziyyəti ağır sayılır.
***
Rusiya Ukraynanın Sumı şəhərinə zərbələr endirib, dörd nəfər ölüb.
EDnews Ukrayna KİV-nə istinadən xəbər verir ki, Rusiya qüvvələri Sumı şəhərinin Zareçnı rayonunda mülki infrastruktura üç idarə olunan hava bombası atıb, nəticədə dörd nəfər ölüb, yaralılar var.
Sumı Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri Oleq Qriqorov Telegram kanalında Sumıya endirilən zərbələr nəticəsində dörd nəfərin öldüyünü təsdiqləyib.
Bundan əlavə, yeddi yaralı olduğu bildirilib.
Sumi şəhərinin meri vəzifəsini icra edən Artem Kobzarın sözlərinə görə, ölənlər arasında bir qız uşağı da var.
Xilasetmə əməliyyatı davam edir.







