Qızıl-zinət əşyalarının yaranma tarixi haqqında bilmədikləriniz FOTOLAR

Maraqlı 20:33 28.03.2017

Qızıl, gümüş, topaz, zümrüd, yaqut və brilyantlar istisnasız olaraq bütün gözəl cinsin təmsilçilərinin arzuladığı bəzək əşyalarıdır. Yeri gəlmişkən, özünü bəzəməyi təkcə qadınlar deyil, bir çox kişilər də sevir. Axı saatlar və qiymətli əşyalar sahibinin statusu haqqında çox şey deyə bilər. Ən maraqlısı isə zinət əşyalarını ilk dəfə kişilərin taxması olub.

Oxucuları qızıl-zinət əşyalarının yaranma tarixi ilə tanış edirik. Bu icmalda zinət əşyalarının tarixi ilə bərabər, onların baha olmasının səbəbləri və üstünlüklərini araşdırmışıq.

İbtidai insanların bəzək əşayaları

Картинки по запросу jewellery history

Bəzək əşyaları insan həyatında həmişə olub və min illər ərzində öz inkişaf yolunu keçib. Zinət əşyalarının ilk dəfə kim tərəfindən və nə vaxtdan icad edildiyini dəqiq bilinmir. Lakin müxtəlif qazıntılar aparılarkən məlum olub ki, zinət əşyaları öz başlanğıcını bəşəriyyətin ən erkən dövrlərindən götürüb.

Zərgərlik sənəti insanın həyat fəaliyyətinin bir hissəsidir. Zərgərlik məmulatlarına əsasən qədim dövrdən başlayaraq günə qədər müxtəlif dövrlərin və xalqların mədəniyyətini və inkişafını asanlıqla izləmək olar. Tarixi bəzək əşyaları eramızdan xeyli əvvəl yaranıb. Düzdür, onda həmin əşyalar bəzək funksiyasını deyil, özündə əlavə məna yükü daşıyırdı. Ən maraqlısı odur ki, bəzək əşyalarından ilk dəfə kişilər istifadə etməyə başlayıb. Məsələ ondadır ki, onlar öz sahibinin müəyyən tayfaya aid olmasını göstərirdi. Bəzəklərə əsasən tayfanın başçısı, ovçusu və ya döyüşçünün kim olduğunu müəyyən etmək olardı. Onlar bəzəkləri həm də cinlərdən müadifə olunmaq üçün, təbii fəlakətləri uzaqlaşdıqmaq məqsədi ilə və ovda uğur cəlb etmək üçün simvolik qoruyucu - göz muncuğu kimi istifadə edirmiş.

Картинки по запросу jewellery history

İbtidai insanlar qədim kulonları əsasən sədəf rəngli balıqqulaqları və xırda daşlar, heyvan sümükləri və dişləri, eləcə də qəribə taxta çubuqlardan düzəldirdi. Məsələn, Mərakeşdə qazıntılar zamanı molyuska sədəflərindən düzəldilən boyunbağı tapılıb. Belə hesab olunur ki, bu boyunbağının təxminən 110 min il yaşı var. Kiçik Asiyada paleolit dövrünə aid olan qadının qalıqlarından o dövrdə dəbdə olan çoxlu muncuq və qolbaq aşlkarlanıb.

Qədim Yunanıstanda zərgərlik

ювелирные украшения

Zərgərlik sənəti öz inkişafını haqlı olaraq bütün müasir incəsənət beşiyi sayılan Qədim Yunanıstandan alıb. Qızılın kəşfindən sonra burada xüsusi rolu, sonralar tarixçilərin "Qızıl əsri" adlandırdığı - qızıl oynayıb. Arxeoloqlar qazıntılar zamanı o dövrə aid olan gözəl qızıl zinət əşyaları, valehedici bəzək işləri aşkarlayıb. Qədim yunan zərgərləri metal emalı, o cümlədən döymə və tökmə, naxış, qazma və bir çox dekorasiya üsullarından istifadə edib. Qədim yunanların sevimli bəzək əşyakarına özündə mürəkkəb zərgərlik işlərini birləşdirən çox bahalı boyunbağılar daxil idi. Lakin Böyük İsgəndərin Şərqə yürüşləri nəticəsində antik zərgərlik dəbi müəyyən dəyişikliklərə səbəb olur.

Müvafiq olaraq yunan incəsənəti həmsərhəd dövlətlərin zərgərlik üslubiyyatının formalaşmasına təsir edib. Qədim Misirdə qızıl emalı sənəti çox populyar olub. Misirdə zinət əşyaları öz sahibini gözəl göstərməklə barabər müəyyən statusu vurğulamağa xidmət edirdi.

Qədim misirlilər kimi inklər də Peruda və Meksikada böyük zərgərlik irsi miras qoyub. Bəzək əşyaları yəhudi çarlarının da geyiminin ayrılmaz hissəsi sayılırdı.

золотой браслет Древняя Греция

Qədim Romada ustalar qızıl və gümüşdən hazırlanan məmulatları almaz kimi qiymətli daşlarla bəzəyirdi. Cəmiyyətin ali təbəqələri, şəhər sakinləri və tacirlər qızıl və gümüşdən hazırlanan zinət əşyaları taxırdı. Qullara da bəzək əşyaları gəzdirməyə icazə verilirdi, amma onlar bir qayda olaraq adi metaldan idi.

Zərgərlik bədii sənət sahəsi kimi

Картинки по запросу jewellery vintage style

Orta əsrlər zərgərlik sənətində yeni inkişaf mərhələsi olur. O zaman Avropada zinət əşyaları emalatxanaları monastırlardan ərazisində yerləşirdi. Bütün səylər dini əşyalarının hazırlanması sərf olunurdu.

Renessans dövründə isə zinət əşyaları hazırlamaq bədii sənət istiqamətlərindən biri olur. Dekorativ tamamlama işləri də zərgərlik sənəti statusu alır. Dövrün məşhur rəssamları həm də mahir zərgər kimi fəaliyyət göstərirdi. O illərdə zərgərlik sənətinin ilk məktəbləri açılmağa başlayıb. O zaman zərgərlərini öz incilərini yaratmaqda məhz gözəl xanımlar ilhamlandırırdı.

Картинки по запросу jewellery history

история - ювелирные украшения

Orta əsrlər dövründə Avropa zərgərlik əşyaları böyük sayda, iri qabarıq al-qırmızı yaqut, gümüşü mirvari, göy sapfirlər, yaşıl zümrüdləri və ən parlaq qiymətli daşlarla fərqlənirdi. Daha sonrakı dövrlərdə qızıl məmulatlarını rəngli daşlar, dağ bülluru, zərif topazlar, bənövşəyi ametistlər bəzəməyə başlayıb. Bütün daşlar əl işləri idi. Buna görə də daşların cilalanması kristalların təbii formasını dəyişməyib. Zərgərlik nümunələrinin sahibləri əsasən əsilzadələr idi, sadə adamlar isə asketizm ənənələrinə riayət etmək və dua etmək üçün kilsəyə getməklə kifayətlənirdi. Odur ki, onların özünə əlavə bər-bəzəyi rəva görməyə haqqı yox idi.

Картинки по запросу jewellery history

18-ci əsrdə feodallar arasında parlaq daşlarla, qızıl toqqalarla və dəbdəbəli düymələrlə işlənmiş kostyumlara məhəbbət xeyli artır. Sadə və parlaq zərgərlik əşyaları nəfis cavahiratlarla əvəz olunur. Bu dövrdə daşların oyununu gücləndirmək üçün onlar taraşlanmamış çərçivəyə salınır. Beləliklə həm qadınlar kişilər, həm də qadınlar arasında iri üzüklər dəbə minir.

Brilyantların kəşfi

18-ci əsrin əvvəlində zərgərlik tarixində daha bir əlamətdar hadisə baş verir. Söhbət əlbəttə ki, daşlar arasında əsas üstünlüyü brilyantlara verilməsindən gedir. Brilyantın parıltısı xanımları o qədər valeh edir ki, o, dərhal zərgərlik məmulatlarının əsas materialına çevrilir. Həmçinin bütün diqqəti onun nurlu parıltısına cəlb etmək və gücləndirmək üçün yanına əlvan daşlar əlavə edilirdi. Bu dövrün əsl sənət əsəri imperatriça II Yekaterinanın çoxlusayda brilyantlarla bəzədilmiş tacı olur. Dəbdəbəli tac özündə iki incə yarımkürə və iri yarımhalqadan ibarətdir. Tacın mərkəzi hissəsi düzgün olmayan iri brilyantlarla bəzədilib, yarımkürələrin kənarında isə incilər yerləşdirilib. Tacın üzərində almaz xaç yüksəlir. Bütövlükdə isə tacı çəkisi 400 karat olan iri yaqut daşı mükafatlandırır. Bu gün o, demək olar ki, bu gün elit təbəqənin hər bir üzvünün rəmzinə çevrilib.

корона екатирины 2

18-ci əsrin zinət əşaylarının böyük hissəsi - gül şəklində kompozisiyalar gümüş, qızıl və qiymətli daşlardan yerinə yetirilib. Qeyri-adi populyarlığı hər detalı diqqətə layiq olan, zəngin boyalarla və unikal dizaynı ilə seçilən gül dəstələri qazanıb. Qızıl yarpaqlar və tünd qırmızı rəngli güllər arasında kalsedon daşından düzəldilən kiçik zümrüd rəngli tırtıl, ya da xırda və şəffaf qanadlarını olan kəpənək görmək mümkün idi.

Xalta boyunbağılar

19-cu əsrin xarakterik bəzək əşyası bu gün çoker kimi tanıdığımız boyunbağılar idi. Zərgərlər bu zinət əşyasına “The Dog Collar Necklace”, bizim dildə bir az qaba səslənsə də “xalta-boyunbağı” deyirdilər. Poetik səslənməməsinə baxmayaraq, bu növ boyunbağılar təxminən yarım əsr dəb gündəmini işğal edə bilir. Onlar rokoko dövründə Fransada çox dəbdə idilər. Rokoko dövrlərində onları qara və ya göy rəngli enli məxmər lent kimi taxırdılar, hansı ki, üzərinə mirvari, ya da brilliant düzülürdü. Lakin 1880-ci illərdə bu tip boyunbağılar Uels şahzadəsi Aleksandranın sayəsində yenidən populyarlaşır.

1923 ildə SSRİ-nin yaranması ilə qızıl dövrünün başlanğıcı hesab etmək olar. Onda SSRİ-nin maliyyə Xalq Komissarlığı nəzarəti altında Moskva şirkəti istehsalı üzrə zərgərlik məmulatlarının istehsalı və satışı həyata keçirilməyə başlanır.

Картинки по запросу jewellery vintage style

Sovet zərgərlik sənayesinin daha sürətli inkişafı 50-70-cı illərə təsadüf edir. Belə ki, bu zaman yenidənqurma işləri, kustar emalatxanaları, yeni zavodlar və fabriklər yaradılır.

Hazırkı dövrdə zərgərlik əşyaları əvvəllki metodlardan istifadə etməklə istehsal olunur. Buna baxmayaraq, istedadlı zərgərlər vaxtaşırı olaraq yarmarka və sərgilərdə yeni üsullarla emal edilmiş metalları, nadir ornamentləri və qeyri-adi texnikadan istifadə olunduğu daşları və işlərini təqdim edərək alıcıları təəccübləndirir.

Qızıl-zinət əşyaları niyə bahadır?

Картинки по запросу jewellery vintage style

Zərgər Anar İsmayılovun sözlərinə görə, istər qızıl, istərsə də, təbii daşların baha olmasının başlıca səbəbi təbiətdə nadir rast gəlinməsi və çətinliklə əldə olunmasıdır. Zərgərin sözlərinə görə, qızılın, o cümlədən brilyant, mirvari, zümrüd, yaqut və s. bu kimi daşların baha olmasının digər bir amili rəngi və keyfiyyətini heç vaxt itirməməsidir.

“Qızın mədənləridən bu materialın əldə edilməsi asan başa gəlmir və heç vaxt korlanmır. Bu səbəbdən də beynəlxalq ticarətdə qızıl çox vacib yer tutur. Hər ölkədə əldə edilən qızılın təxminən 60%-i dövlət tərəfindən külçə halında saxlanılır. Dövlətlərin bir-birinə olan borclarında qızıl ödəməsi qəbul olunur”.

A.İsmayılov hazırda ölkəmizdə qadən zərgərlərin də fəaliyyət göstərdiyini deyib: “Azərbaycanda sırf zərgər olmasa da, o sahədə çalışan xanımlar var. Zərgərliyin görünməyən tərəfləri də var, qızıl-zinət əşyaları hazır olana qədər müxtəlif proseslərdən keçir. Süzülür, qəlib hazırlanır və s. Əvvələr hər şey sıfırdan və əllə hazırlanırdı. İndi isə təzə texnalogiyalar işə düşüb, komputerdə dizayn olunur”.

Картинки по запросу cartier jewellery history

Anar İsmayılov Azərbaycanda zərgərlik sənətini inkişaf etdirmək üçün hər cür şəraitin və cihazların olduğunu vurğulayıb: “Yeganə çətin tərəfi zərgərliklə yox, marketinqlə bağlıdır. Daha dəqiq desəm, alıcını razı salmaq elə də san deyil. Buna baxmayaraq, zərgərlik həqiqətən də maraqlı işdir. Yeni, qeyri-adi nümunələr fikirləşəndə çətinlik çəkirsən, qalan işlər o qədər də çətin deyil. Sadəcə, gərək ruhdan düşməyəsən və həvəsin olmalıdır”.

Anar İsmayılov hesab edir ki, zərgər olmaq üçün ilk növbədə riyazi biliklərə malik olmalısan: “Yaşın çox ciddi fərqi yoxdur, riyazi biliklərin olması vacib şərtdir. Çoxu əsasən 15 yaşından etibarən bu işi öyrənməyə başlayır. Lakin qeyd etmək lazımdır ki, zərgərlik elə sənətdir ki, onu bir neçə ilə tam öyrənmək mümkün deyil. İşlədikcə hər gün yeni nələrsə öyrənirsən”.

A.İsmayılov qızıl, gümüş, yaqut, zümrüd, almaq və s. daşların insan orqanizmi üçün faydalı olduğunu da bildirib:

“Qızılda bioenerjilərin olması barədə eşitmişəm. Lakin qızılın və bahalı daşların kiməsə zərər verdiyini müşahidə etməmişəm və görməmişəm. Əksinə təbii daşlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Yalnız onu bilirəm ki, İslam dinində kişilərə qızıl taxmaq haramdır”.

“Bu gün satışda qızıl-zinət əşyalarını əvəz edən çoxlu sayda aksessuarlar satılır. Mütəxəssis olmayan adam ilk baxışda onların bijuteriya və bahalı zinət əşyası olduğunun fərqləndirə bilmir. Bijuteriyaların bu gün bu qədər aktual olması alıcıların sayına necə təsir göstərir?” , -sualına isə zərgər belə cavab verib:

“Alıcıların sayı azalmayıb, anlayışı olan insan bilir ki, qızıl həm də valyutadır. Dolayısı ilə çoxu qızılı təkcə bəzək vasitəsi kimi deyil, həm də yatırım məqsədi ilə alır. Qızılın həmişə alıcısı var, onu istənilən vaxt satıb pula çevrimək olar”.(publika)

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı