Banqladeşin Dinajpur bölgəsində yumruq böyüklüyündə dolu yağıb.
Dolu nəticəsində evlərə, iş yerlərinə, məktəb və təsərrüfat sahələrinə ciddi ziyan dəyib.
Məlumata görə, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, yüzlərlə insan isə xəsarət alıb. Bölgə xəstəxanalarında yaralıları yerləşdirmək üçün yer qalmadığı bildirilib.(axar.az)