Diyarbəkirdə yaşayan 41 yaşlı Məhmət Fərid Avcı 7 universitet bitirib, amma hələ də özünə iş tapa bilmir. M.Fərid deyib ki, məqsədim şəhər meri, millət vəkili, nazir, sonra isə prezident olmaq idi, amma indi işsizəm. Beş uşaq atası hələ də özünə iş tapa bilmir.
Eurasia Diary xəbər verir ki, oxumağa böyük həvəsi olan M.Fərid öz yaxınlarını da təhsil almağa məcbur edir. O, hətta 80 yaşlı anasını belə kursa göndərib. Lakin yeddi universitet bitirib diplom alan M.Fərid işzislikdən heç cür xilas ola bilməyib.
M.Fərid özü haqda belə danışıb:
“Həyatım boyu öyrənməyə marağım olub. Bunu başqalarına da tövsiyə edən biriyəm. Heç oxumağa həvəsi olmayan insanlarda belə həvəs yaratmışam. Onların çoxu məzun olub. İndi isə çox çətin günlər keçirirəm. Həyat yoldaşım və uşaqlarım fındıq yığmağa gedir, mən isə xərçəng xəstəsi olan bacıma baxıram. Müvafiq qurumlardan mənə bir iş vermələrini istəyirəm. Məqsədim yenə xalqa xidmət etməkdir”. (moderator.az)