1,5 km hündürlükdən düşüb sağ qaldı | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


1,5 km hündürlükdən düşüb sağ qaldı

Maraqlı A- A A+

Kanadanın şərqində 30 yaşlı qadın paraşütdən tullanarkən təhlükə ilə üzləşib.

"Newsweek"in məlumatına görə, qadının paraşütü açılmayıb. Ehtiyat paraşüt də işləməyib.

1,5 km hündürlükdən meşəyə düşən qadını ağacların budaqlarının arasında tapıblar.
Elə ağaclara ilişməyi də onun həyatını xilas edib.

Hazırda qadın çoxsaylı sınıqlarla xəstəxanadadır.

Yerli hüquq-mühafizə orqanlarının sözlərinə görə, bu, qadının ilk paraşütlə tullanması deyil.

Şahidlərin qadının sağ qalmasını əsl möcüzə adlandırırlar. (oxu.az)

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...