"Bir həftə Bakıda qala bilsəm, Miri Yusif kimi Xalq artisti olaram" Cem Yılmaz

Maraqlı 10:44 17.11.2019

25 ildən sonra ilk dəfədir ki, Bakıya gəlirəm. Hər kəs məni gözəl qarşıladı. Bu illər ərzində bir layihə ilə Azərbaycana dəvət olunmağımı gözləmişəm. Çünki kimsəni tanımadığımız üçün gəlməyə çəkinirdik. Ona görə də bu layihəni təşkil edənlərə təşəkkür edirəm.

Eurasia Diary oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin məşhur komediya ustası, aktyor Cem Yılmaz Bakıda keçiriləcək konsertindən əvvəl təşkil olunan mətbuat konfransında bildirib.

Cem Yılmaz azərbaycanlı sənətçilərdən Aygün Kazımova, Miri Yusif, İradə İbrahimovanı və gənclərdən Raufu tanıdığını açıqlayıb:

“Azərbaycanın mədəniyyətini öyrənmək üçün iki gün bəs eləməz. Bir həftə burada qalsam, azəricə danışa bilərəm. Əgər bu gün gözəl şou keçsə, bundan sonra bütün dostlarımı da Bakıya pulsuz olaraq gətirəcəyəm.  

Bu gün Bakını çox az gəzdim. Amma sabah gəzmək üçün vaxtım var. Sevilmək gözəl bir hissdir. Hər kəsin mənə qarşı münasibəti çox müsbətdir. İki gün sonra geri qayıdacağam, amma Bakı fikrimdə qalacaq. Növbəti gəlişimdə Bakını daha çox gəzəcəyəm.

Ümumiyyətlə, Bakını çox sevdim. Hətta dostlarımdan Bakıdan mənə tar almağı xahiş etdim. Onu çalmağı öyrənəcəyəm.

Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olacağam. İradə İbrahimovanı, Aygün Kazımovanı və gənclərdən isə Raufu tanıyıram. Yaşlı nəsil sənətçilərinizdən də tanıdıqlarım var”.

Şoumen bilet qiymətləri ilə bağlı sualı cavablandırarkən Tarkana da söz atmağı unutmayıb:

“Tarkanla orqanik bir bağımız var. Bilet qiymətləri açıqlananda insanlar öncə Tarkanın gələcəyini düşünüblər. Çünki o qiymətə görə ağıla ilk Tarkan gəlir. Şoumda sənət dostlarımdan da danışacağam.

Təəssüflər olsun ki, azərbaycanlı komediya sənətçilərindən kimsəni tanımıram. Amma bundan sonra onlar haqqında maraqlanaram.

Türkiyədə isə küsülü olduğum məşhur yoxdur. Öz işimlə bağlı olaraq rəqabət apardığım kimsə də yoxdur. Çünki artıq yaşım o yaş deyil. Gözəl işlər həyata keçirən gəncləri çox sevirəm.

Azərbaycanlı aktyorla birlikdə film çəkmək istəyərəm. Elə bir layihə olsa, çox şad olaram. Yalnız komediya filmi olmaya da bilər. Başqa bir mövzuda da film çəkə bilərik”.

İkinci dəfə Bakıya gəlməsi ilə bağlı yayılan xəbərlərə gəlincə, Cem Yılmaz deyilənlərin yalan olduğunu bildirib:

“İlk dəfədir Bakıya gəlirəm. Yazılanlar şayiələr idi. Budəfəki çıxışımda Azərbaycanla bağlı nələrəsə yer ayırmayacağam. Son altı ildə həyatımda baş verənlərdən danışacağam. Amma ikinci dəfə gəlişimdə ölkənizlə bağlı zarafatlar edə bilərəm. İnsan sevdiyi şeylərin zarafatını edər”.

Şoumen 7 yaşlı oğlu Kemalın onun yolunu davam etdirmək istəmədiyini də qeyd edib:

“Əgər oğlum mənim yolumla getmək istəsə, ona mane olmağa çalışaram. Pul qazanmaq lazımdırsa, mən bunu edərəm”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı