ABŞ-ın Nyuport-Biç (Kaliforniya ştatı) şəhərinin sahilində gecə vaxtı işıq saçan delfinlər təsbit edilib.
EDNews.net “The Mirror”a istinadla xəbər verir ki, məməli heyvanlar suda üzərək mavi və yaşıl rəngli işıltı saçıblar.
Bu qeyri-adi videonu öz “Facebook” səhifəsində ABŞ sakini Patrik Koyn paylaşıb.
Mütəxəssislər bu efekti biolüminessensiya adlandırır. Bəzi canlıların bədənlərində baş verən kimyəvi reaksiyalar belə işıltıya səbəb olur.(oxu.az)