“Facebook” şirkəti “Messenger Rooms” videozəng xidmətini istifadəyə verib | Eurasia Diary - ednews.net

27 May, Çərşənbə


“Facebook” şirkəti “Messenger Rooms” videozəng xidmətini istifadəyə verib

Maraqlı A- A A+

"Facebook" sosial şəbəkəsində "Messenger Rooms" videozəng xidməti ABŞ və Kanadada rəsmi olaraq öz işinə başlayıb. Sözügedən mobil tətbiqetmə gələn həftə bütün dünyada əlçatan olacaq.

Bu haqda şirkətin direktoru Mark Zukerberq sosial şəbəkədəki səhifəsində məlumat verib.

EDNews.net   ictnews.az-a istinadən bildirir ki, bu xidmət koronavirus pandemiyasına görə videozənglərə olan tələbatın artması ilə əlaqədar yaradılıb. "Facebook" və ya "Messenger" proqramları vasitəsilə belə konfranslar yaratmaq mümkün olacaq.

"Siz ayrıca otaq (Room) yarada və link vasitəsilə bir neçə dostunuzu dəvət edə və ya qruplarınızdan biri, həmçinin planlaşdırdığınız tədbir üçün otaq yarada bilərsiniz" - Zukerberq yazıb.

"Messenger Rooms" xidmətində vaxt üzrə məhdudiyyət yoxdur, bir otağa 50-dək insan əlavə etmək mümkündür. Tezliklə qrup zəngləri "WhatsApp" və "Instagram" xidmətlərində əlçatan olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...