Lavrovun zarafatı Çavuşoğlunu güldürdü - VİDEO | Eurasia Diary - ednews.net

19 Sentyabr,

Lavrovun zarafatı Çavuşoğlunu güldürdü - VİDEO

Maraqlı A- A A+

Türkiyədə səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrovun həmkarı Mövlud Çavuşoğlu ilə görüşü zamanı maraqlı an yaşanıb.

Eurasia Diary xəbər verir ki, nazirlər fotoşəkil çəkdirərkən türk jurnalistlərdən biri Lavrovdan Rusiya bayrağının qarşısını kəsməməsi üçün yerdəki qırmızı işarənin üzərində dayanmasını xahiş edib. Lavrov isə cavabında zarafatla “Gördüyünüzü görürsünüz. Bizə nə edəcəyimizi demə”, - deyə bildirib.

Bu cavab Çavuşoğlu və jurnalistlər tərəfindən gülüşlə qarşılanıb. M. Çavuşoğlu rus nazirin zarafatını bəyəndiyini bildirib.

Qeyd edək ki, iki ölkənin xarici işlər nazirləri görüş zamanı Cənubi Qafqaz, Ukrayna və Qara dəniz bölgəsindəki vəziyyəti, Moskva ilə Ankara arasındakı hərbi-texniki əməkdaşlıq, Suriya və Liviyada nizamlanma, habelə Türkiyədə “Sputnik V” peyvəndinin istehsalını müzakirə etməyi planlaşdırırlar.

Qafqazinfo

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...