İlin sonuncu Günəş tutulması başlayıb - ednews.net

25 Yanvar, Çərşənbə axşamı

İlin sonuncu Günəş tutulması başlayıb

Maraqlı A- A A+

İlin sonuncu Günəş tutulması başlayıb.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu, tam Günəş tutulmasıdır. Saat 09:29:16-da başlayan tutulma hadisəsi 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, ilin ilk Günəş tutulması iyunun 10-da olmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...