Olimpiya Oyunlarında oyunçularının əziyyətlə qazandığı qızıl medallar həqiqətən qızıldandır yoxsa, cuzi miqdarı qızıldan ibarətdir?
Ednews xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin verdiyi məlumata görə, olimpiya qızıl medallarında ən azı 6 qram xalis qızıl olmalıdır.
Bir qayda olaraq, Beynəlxalq Olimpiya Komitəsi bu rəqəmi artırmır deyə, qızıl medalın qalan hissəsinin gümüş olduğu güman edilir. Belə ki, 2012-ci ildə baş tutmuş London Olimpiyadasının yüksək əyarlı medallarında qızılın miqdarı 1%-dən bir qədər çox olduğu bildirilir.
Rəna Mürşüd