Dünyanın ən məşhur və ilginc MÜKAFATLARI ARAŞDIRMA

Maraqlı 12:35 24.11.2022
Hər kəs mükafat almağı sevir. Mükafatlar cəmiyyətin böyük şücaət göstərən şəxsə verdiyi şərəf əlaməti hesab olunur və xüsusi sifarişlə alınmır. Bəzi mükafatların məbləği isə eşidənləri heyrətə gətirir. 
 
Ednews ən məşhur mükafatları təqdim edir:
 
Nobel mükafatı
 
Şübhəsiz ki, dünyanın ən yaxşı, ən tanınmış və ən məşhur mükafatı "Nobel"-dir. Bu mükafatı alan şəxslərin sayı o qədər də çox deyil. Nobel daha çox fizika, kimya, tibb, ədəbiyyat, sülh və iqtisadiyyat sahələrinə verilir. Bir dəfə Nobel mükafatı almaq nə qədər çətin olsa da, Mari Küri və Frederik Sanqer kimi insanlar bir neçə dəfə bu mükafatı qazanıblar. Nobel mükafatını dinamitin ixtiraçısı Alfred Nobel təsis edib. 
 
Nobel mükafatının məbləği nə qədərdir?
Hazırda bu mükafat 9 milyon İsveç kronu (təxminən bir milyon ABŞ dolları) dəyərindədir. Əgər bir neçə qalib olarsa, Nobel Komitəsinin qərarına əsasən, pul mükafatı alanlar arasında bölünür.
 
Oskar Mükafatı
 
Xalq arasında Oskar kimi tanınan mükafat kinematoqrafiya sahəsində uğur qazananlara verilir. Oskar mükafatı ən yaxşı film, ən yaxşı aktyor, ən yaxşı aktrisa və ən yaxşı rejissor kateqoriyalarına daha çox şamil olunur. Sözügedən mükafat hər il Kino Sənəti və Elmləri Akademiyası (AMPAS) tərəfindən verilir. Qaliblər Art Deco üslubunda işlənmiş cəngavər təsviri olan qızıl heykəlcik əldə edirlər. Canlı yayımlanan mükafatlandırma mərasimi hər il bir milyarddan çox insan tərəindən izlənir.
 
Pulitzer Mükafatı
 
Cozef Pulitzer tərəfindən təsis edilən bu mükafatlar qəzet, jurnal, onlayn jurnalistika, ədəbiyyat və musiqi sahələrində çalışan insanlara verilir. Qalib sertifikat və 15.000 ABŞ dolları dəyərində pul mükafatı qazanır. Pulitzer saytına görə, yalnız Amerika vətəndaşları kitab, dram və musiqi sahələrində mükafat üçün müraciət edə bilərlər. (Kitabların ABŞ tarixini əks etdirən olması məcburidir). Jurnalistika sahəsində mükafat almağı hədəfləyənlər isə istənilən millətdən ola bilər. Qeyd edək ki, mükafata layiq görülən jurnalist işi ABŞ-da müntəzəm dərc olunan qəzet, jurnal və ya xəbər saytında yer almalıdır.
 
Fields medalı 
 
Tez-tez riyaziyyat üzrə Nobel mükafatı olaraq adlandırılan Fields medalı dörd ildən bir 40 yaşdan kiçik iki, üç və ya dörd riyaziyyatçıya verilir. Mükafat onu maliyyələşdirən kanadalı riyaziyyatçı Con Çarlz Fildsin şərəfinə adlandırılıb. Qaliblər 15.000 dollar məbləğində pul mükafatı alırlar. 
 
Qremmi Mükafatı
 
Əvvəlcə "Qramofon" adlandırılan Qremmi Amerika əyləncə dairələrində ən çox arzulanan mükafatlar sırasındadır. “Qremmi” musiqi sahəsindəki nailiyyətlərə görə verilir. Mükafatçılara qrammofonun qızıl heykəlciyi təqdim edilir.
 
Ramon Maqsaysay Mükafatı
 
Asiyanın Nobel Mükafatı kimi də tanınan Ramon Maqsaysay keçmiş Filippinin prezidenti Ramon Maqsaysayın idarəetmədə dürüstlük, xalqa cəsarətli xidmət və demokratik cəmiyyət daxilində praqmatik idealizm nümunəsini əbədiləşdirmək üçün təsis edilib. Qeyd edək ki, bu mükafatlar Asiya ölkəsində yaşayanlar üçündür. Hər bir qalib sertifikat, medal və 50 min (ABŞ) dolları məbləğində pul mükafatı alır.
 
Mişelin Ulduzu
 
 
Bu mükafat restoranların keyfiyyətini qiymətləndirmək üçün Mişelin Quayd tərəfindən istifadə edilən sistemdir. Mişelin ulduzunu almaq restoran sahəsində ən yüksək şərəflərdən biri hesab olunur. Mükafatdakı bir ulduz “çox yaxşı restoranı”, iki ulduz “böyük dəyəri olan yeməkləri”, üç ulduz “yemək üçün səyahət etməyə dəyər” mənalarını verir. Qeyd edək ki, ulduzlu restoranların siyahısı ildə bir dəfə yenilənir.
 
Merlin Mükafatı
 
Bu, əsas ki, sehr (maqiya) sahəsində ən yüksək mükafat hesab olunur. Bəzən Sehrli Akademiya Mükafatı olaraq da adlandırılan Merlin, digər sahələrdəki mükafatların etibarlılığını artırır. Mükafatın dəyərinin 3 min ABŞ dolları dəyərində olduğu bildirilir.
 
Turinq Mükafatı
 
 
İllik A.M. Turing Mükafatı kompüter elmində ən yüksək mükafat və ya "Hesablama üzrə Nobel Mükafatıdır". Mükafat nəzəri kompüter elminin və süni intellektin atası Alan Turinqin şərəfinə adlandırılıb. Bu mükafat vasitəsilə Google tərəfindən maliyyə vəsaiti hesabına 1 milyon ABŞ dolları əldə etmək mümkündür.
 
Nəzrin Beydiyeva
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı