Monqolustanda eyni anda səmadə üç günəşin doğması ilə bağlı video-görüntülər yayılıb.
Ednews “sözçü”-yə istinadən verdiyi xəbərə görə sosial şəbəkələrdə yayılan görüntülər böyük maraqla qarşılanıb. Sonradan onlardan, sadəcə birinin həqiqi Günəş olduğu ortaya çıxıb.
Digər iki işıq selinin havadakı buz kristallarının üzərinə işıq yansıması olduğu aydınlaşıb.
Monqol sosial şəbəkə istifadəçiləri isə baş verən hadisəni "tanrının monqollara hədiyyəsi" kimi qələmə veriblər.
Oğuz Ayvaz