Fransanın qana batmış əlləri TARİXİN ƏN YADDA QALAN SOYQIRIMLARI - ARAŞDIRMA

Maraqlı 19:15 02.12.2022

Tarixdə Fransanın soyqırım və faciələrdə imzasına tez-tez rast gəlmək mümkündür. Hər nə qədər tarixi olduğunu desək də müstəmləkəçilik siyasəti çərçivəsində böyük insan haqları pozuntularına yol verən bu ölkənin törətdiyi qırğınlar beynəlxalq ictimai rəyin vicdanını narahat etməkdə davam edir. Fransanın 1524-cü ildə başladığı müstəmləkəçilik fəaliyyəti zaman keçdikcə şəkil dəyişdirərək fərqli formalarda davam edib.

Fransanın Afrikadakı qara tarixi...

Əsasən İkinci Dünya Müharibəsindən sonra müstəqillik uğrunda mübarizə aparan ölkələrdə V əsr davam edən müstəmləkəçilik dövründəki üsyanlar şiddətlə yatırılıb. Nəticədə 2 milyondan çox afrikalı həyatını itirib. Fransanın həmçinin dünya müharibələrində müstəqillik vədi ilə öz sıralarında vuruşduğu ölkələrin xalqlarının başlatdığı üsyanlar da zorakılıqla yatırılıb. Fransa Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq qurub.

Ümumilikdə isə Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qalıb. Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilib. Bundan əlavə bölgədəki bütün resurslar istismar edilib.

Fransanın əlcəzairli qurbanları... 

İkinci Dünya Müharibəsinin bitməsinə az qalmış, müstəqillik vədi ilə Fransanın tərəfində vuruşan əlcəzairlilərin başlatdığı nümayişlərdə minlərlə insan fransız əsgərləri tərəfindən öldürülüb. Tarixə “8 May 1945-ci il Setif və Quelma” qırğını kimi keçən hadisələr daha da dəhşətvericidir. Fransanın Əlcəzairə zülmü ölkənin müstəqilliyini elan etdiyi 1962-ci ilə qədər sistemli şəkildə davam edib. Əlcəzairin Qurtuluş Müharibəsində 1 milyon insan fransızlar tərəfindən öldürülüb.

Əlavə olaraq, Fransanın 1830-cu ildən bəri Əlcəzair cəmiyyətini mədəni soyqırımla baş-başa qoyduğu məlumdur. Öz yerli kimliyi ilə yanaşı Əlcəzairin 300 illik Osmanlı tarixinin məhvinə səbəb olan Fransa, ölkədəki bir çox mədəniyyət və dini abidələri öz mülahizəsinə uyğun olaraq transformasiya edib.

Tarixin ən böyük soyqırımında Fransanın rolu...

Fransa siyasi təsirə malik olduğu ölkələrdə də böyük insan haqları pozuntularına yol verib. Bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həyatını itirdiyi Ruanda soyqırımında Fransanın rolu olduğu üzə çıxıb. Soyqırım 1994-cü ildə törədilib. Ruanda soyqırımından bir az əvvəl bölgədəki fransız əsgərlərinin aldıqları kəşfiyyat məlumatlarını dəyərləndirmədiyi və bölgəni tərk etdiyi məlum olub. Bəzi fransız əsgərlərinin şəxsən təsdiqlədiyi qətliamlar isə beynəlxalq hesabatlarda öz əksini tapıb. Fransa ölkənin cənub-qərb hissəsində sığınacaq axtaranlar üçün təhlükəsiz zona yaratmaq üçün iyunun 23-də “Firuzəyi” əməliyyatına başlayıb. Amma ölkə Ruandada soyqırımın qarşısını almaq əvəzinə, onu törədən Hutu hökumətinə silah və məlumat verib. Qeyd edək ki, Fransaya qarşı hələ də davam edən çoxlu beynəlxalq məhkəmələr var.

Fransanın keçmiş prezidenti Fransua Mitteran 1998-ci ildə “Le Figaro” qəzetinə verdiyi müsahibədə “Əgər həmin ölkələrdə soyqırım varsa, o qədər də böyük məsələ deyil” demişdi. Onun bu ifadəni işlətməsi hələ də beynəlxalq ictimaiyyətdə təəccüb yaradaraq Fransanın müstəmləkəçilik siyasətini təsdiqləyir. 

Mediapart internet saytı, Fransa Xarici Kəşfiyyat İdarəsi DGSE-yə aid sənədə əsaslanan "Ruanda soyqırımı: Fransanın yalanları ifşa olundu" başlıqlı hesabatında  təxminən 800.000 Tutsinin Hutu tərəfindən öldürüldüyü və Ruanda soyqırımının əsl günahkarlarının gizlədildiyi bildirilib.

Fransa soyqırım arxivlərinə girişi əngəlləyir...

Fransa Ruandada soyqırımı törədən Hutu hökumətinin uzun müddət dəstəkçisi olduğu üçün beynəlxalq və ölkə daxilində tənqid edilən sənədlərə əlçatanlığı məhdudlaşdırır. Soyqırım dövrü arxivlərinə “dövlət sirri” qadağası aradan qaldırılsa da, keçmiş prezident Mitteranın ikinci qadağası səbəbindən sözügedən arxivlərə daxil olmaq mümkün deyil.

Məlumdur ki, 2017-ci ilin sentyabrında Fransa Konstitusiya Məhkəməsi Ruanda soyqırımı ilə bağlı çalışan tədqiqatçının soyqırım dövrü ilə bağlı prezident arxivlərinə daxil olmaq tələbini rədd edib.

Bütün bunlarla yanaşı, Fransaya qarşı istiqlal savaşlarında böyük itkilər verən və iqtisadiyyatı çökmüş ölkələrin işçilərinin aşağı maaş müqabilində fransızlardan daha ağır şərtlərdə işlədildiyi də məlumdur.

Nəzrin Beydiyeva

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı