690 100 nəfərdən çox əhalisi olan Kərbəlada orta təbəqəli insan tapa bilməzsiz.
Varlısının sərvəti sayılmayacaq qədər çox, kasıbının isə hekayəsi ondan daha acılıdır.
Lakin bunlara baxmayaraq, insanları şükür edəcək qədər xoşbəxt yaşayırlar.
Qəribə olanlar isə nələrdir?!...
Bu şəhərdə küçədə gəzərkən bir itə belə rast gələ bilməzsiz... Şəxsi maşınlardan daha çox, kişilər motosikletlərə üstünlük verirlər.
Kərbəla isti səhra iqliminə malikdir, buranın yayı çox isti, quraq, qışı isə sərin keçir. Yağışlı havaya isə noyabr-aprel ayları arası rast gəlmək olar. Bir məqam var ki, hava dəhşət dərəcədə isti keçsə də..və qadınlar qara çadra geyinsələr belə...heç kəs bundan şikayətlənməz.
Biraz bu şəhərin tarixinə nəzər salsaq...əhalisinin əksər hissəsi şiyələrdən ibarət olan Kərbəla Məkkə, Mədinə, Qüds və Ən-Nəcəfdən sonra ən müqəddəs şəhərlərindən biri hesab edilir. 680-ci ildə Kərbəla döyüşü zamanı Məhəmməd peyğəmbərin nəvəsi və İmam Əlinin oğlu- İmam Hüseyn Yezid Müaviyə tərəfindən qətlə yetirilmişdir.
Kərbəla adının mənşəyi ilə bağlı bir neçə nəzəriyyə var. Coğrafiyaşünas Yakut əl-Həməvi şəhərin adının ərəbcə kərbəladan - “yumşaq torpaq”dan gəldiyi irəli sürür.
Şəhəri daha yaxından tanıtmaq üçün artıq sözə ehtiyac qalmır...şəkillər yetərlidir...
Ednews-un müxbirinin Kərbəla səyahətindən olan xüsusi foto-reportajını təqdim edirik:
Rəna Mürşüd