Mütəxəssislər evimizdəki bəzi əşyaların yaratdığı təhlükə barədə xəbərdarlıq edirlər. Sağlamlığınızı təhdid edən qeyri-aşkar əşyalara hər mənzildə rast gəlmək olar.
Ednews sözügedən əşyaları təqdim edir.
Xalçalar
Evlərdə təbii yox, daha çox sintetik materiallardan tikilən xalçalardan alınır. Ekspertlərin fikrincə, əsas səhv budur. Belə xalçalar “p-diklorbenzol”, “benzol”, “akril” və digər kimyəvi maddələr kimi kanserogenlər üçün “toz toplayıcı”dır. Onlar sinir uclarının zədələnməsinə, halüsinasiyalara və tənəffüs xəstəliklərinin kəskinləşməsinə səbəb olur. Xalçadan ayrılan uçucu maddələr ağciyərlərə keçərək, allergiyaya və ya bədənin şişməsinə səbəb ola bilər. Əgər süni xalçanı dəyişmək fikrində deyilsinizsə, onu ən azı altı aydan bir quru təmizləməyə verin və ya iki həftədən bir dəfə tozunu silkələyin.
Qida qabları
Stirol və ya bisofenol A-dan hazırlanmış yemək qabları ən təhlükəlidir. Qida mikrodalğalı sobada qızdırıldıqda qabdan bisofenol A qidaya buraxılır. Bu konsentrat sağlamlığa zərər verə bilər. Çünki onlar bədəndə tədricən yığılaraq, bəzi xəstəliklərin kəskinləşməsinə səbəb olur.
Teflon qablar
Yüksək temperaturda politetrafloroetilen (teflonun yağ və suyu dəf edən maddə) zəhərli qaz buraxır. Heyvanlar üzərində aparılan tədqiqatlar bu materialın xərçəng, qaraciyərin zədələnməsi və otoimmün xəstəliklərə səbəb olduğunu göstərib. Paslanmayan poladdan və ya çuqundan hazırlanmış qablara üstünlük vermək daha yaxşıdır. Teflon qablardan istifadə edərkən əsas odur ki, örtüyü bıçaq və ya çəngəl ilə cızmayasız.
Duş pərdələri
Yeni duş pərdələri həmişə xüsusi iy verir. Bu, tənəffüs yollarının qıcıqlanmasına, mərkəzi sinir sisteminə, qaraciyərə və böyrəklərə zərər verən, həmçinin ürəkbulanma, baş ağrıları və koordinasiya itkisinə səbəb olan polivinilxlorid materialdan irəli gəlir. Pərdə seçərkən təbii materiallara (pambıq, bambuk) və ya toksik olmayan plastikə üstünlük verməyə çalışın.
Qab süngərlər
Heç bilirdiniz ki, süngərlər bir çox bakteriyalar üçün sığınacaq yeridir?! Bu yaxınlarda Rospotrebnadzor mətbəx süngərinin tualet oturacağından 200 000 dəfə daha çirkli ola biləcəyini və ciddi yoluxucu xəstəliklərə səbəb olan 362 növdən çox bakteriya ehtiva etdiyini aşkar etdi. Mətbəx süngərlərinin 77%-də kəskin bağırsaq xəstəliklərinə səbəb olan koliform bakteriyalar, süngərlərin 18%-də qızılı stafilokok var. İstifadəyə başladıqdan bir həftə sonra göbələk və kalıbı çoxaltmağa başlayırlar.
Rəna Mürşüd