"Tiktok"da məşhur olan ördək sahibinə ayda külli miqdarda pul qazandırır.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Munçkin adlı ördəyin sahibi Krissi Ellis “New York Post”a açıqlama verib.
Onun sözlərinə görə Munçkin ilə çəkilən videolar sayəsində sosial şəbəkədən ayda 6700 dollar gəlir əldə edir.
Qeyd edək ki, dunkin.ducks adlı tiktok hesabının 3.1 milyon izləyicisi var.
Oğuz Ayvaz