Bir çiyələkdə 200 toxum ola bilər. Çiyələyin 90%-dən çoxu sudur. Qalan hissənin 8%-ni karbohidratlar təşkil edə bildiyi halda, qalan hissəsini digər maddələr təşkil edir.
Belçikada yalnız çiyələk üçün hazırlanmış bir muzey var. Le Musée de la Fraise adlanan bu muzeydə çiyələklərlə bağlı çox qəribə şeylər var.
Çiyələk əsrlər boyu insanlar tərəfindən istifadə edilən bir bitki olsa da, bu çiyələklər həmişə yabanı çiyələk olub. İlk məlum bağ çiyələyi, yəni bu gün yeməyi sevdiyimiz o şirin çiyələklər 1700-cü illərin ortalarına doğru Fransada yetişdirilib.
Çiyələyin insan orqanizminə ən böyük faydası insan orqanizminin ümumiyyətlə zərərli maddələrdən xilas olmasına kömək etməkdir. Çiyələk qanı təmizləməyə kömək edir, qaraciyər və ifrazat sisteminə faydalıdır.
Çiyələyin faydaları:
Güc verir və damarların tıxanmasının qarşısını alır
Sinir sisteminin nizamlı işləməsini təmin edir
Ağız qoxusunu aradan qaldırır və diş ətlərini gücləndirir
Hətta dişlərini çiyələklə masaj edərək ağardanlar da var
İmmunitet sistemini gücləndirir
Qanı təmizləyir, orqanizmdən zərərli maddələri çıxarır
Dərini nəmləndirir və təzə görünüş verir
Xolesterolu azaldır və xərçəngə qarşı təsirli silahlardan biridir
Sakitləşdirici təsirə malikdir
Aynurə İsmayılqızı