Qadınlar sirli və və gözəl varlıqlardır. O qadınlar ki, əsrlər boyu ədəbiyyat və incəsənətə yön vermiş, onun əsas mövsuzu və ilham mənbəyi olmuşdur. Qadınlar bizə, yaxud da əksinə, biz qadınlara nə qədər də yaxın olsaq onlar haqqında hər şeyi bilmirik. Çox zaman qadınları özümüzdən zəif və iradəsiz sayırıq. Ancaq heç də biz düşündüyümüz kimi deyil. Onlar da güclüdürlər. Sadəcə biz kişilərdən fərqli olaraq zərif güclülülər.
Ednews qadınlar haqqında maraqlı faktları təqdim edir:
- Qadınların ürəyi kişilərdən daha sürətli döyünür.
- Dünyada qadınların orta ömrü kişilərlə müqayisədə 3-10 il daha çoxdur.
- Qadınlar kişilərə nisbətən daha çox göz qırpırlar.
- Qadınların dilində kişilərə nisbətən daha çox dad reseptorları var.
- Qadınların immun sistemi kişilərlə müqayisədə daha güclüdür.
- Qadınlar onları qucaqlayan insanlara daha çox güvənirlər.
- Qadınların dərisi kişilərdən daha nazikdir. Buna görə də onların dərisi daha erkən yaşda qırışır.
- Qadın əsnəyəndə ağzını ovucu ilə, kişi isə yumruğu ilə tutur.
- Qadınlar xarici dil öyrənməyə meyillidirlər, daha doğrusu, bu onlara daha asan müəyəssər olur. Ümumiyyətlə, statistikaya görə, qadınlar daha savadlı və sürətli danışırlar.
- Qadın heç vaxt futbolkasını kürəyindən yapışıb çıxarmır.
- Qadın heç vaxt boynunun ardını qaşımır, çünki çaşqınlığını nümayiş etdirmək istəmir və üstəlik, bu onun saç düzümünü poza bilər.
- Qadınlar öz ömrünün təxminən 1 ilini paltar seçiminə həsr edirlər. Yaxşı ki, kişilər bu məsələdə daha operativdirlər.
- Dodaq boyasından istifadə edən qadınlar yaşadıqları ömür boyu 2-3 kiloqram bu kosmetik vasitəni yeməyə məhkumdurlar.
- Statistikaya görə, qadınlar kişilərdən 5 il çox yaşayır.
Aytac Həsənova