İt və pişiklər barədə bilmədiklərimiz Təbiətə vurduqları ziyanı təsəvvür etmək çətindir

Maraqlı 17:00 31.05.2023
Sahibsiz heyvanların biomüxtəlifliyə vurduğu ziyan bir çoxumuza məlum deyil. Sahibsiz it, pişik, hətta inək, qoyun, keçilər təbiətə buraxıldıqda digər canlılara zərər verir, bəzənsə onların nəslinin tükənməsinə səbəb olur.
 
“Vəhşi heyvanlar təbiətdə müxtəlif təhlükələrlə üzləşir. Qanunsuz ovçuluq, invaziv heyvan növləri ( Azərbaycanda yenot, nutriya, yaxalıqlı tutuquşu və s.), sahibsiz heyvanlar - itlər, pişiklər bu təlükəni yaradan iki başlıca səbəbdir. Sahibsiz heyvanlar başda quşlar olmaqla, müxtəlif canlılara ziyan verirlər. Bunun qarşısını almaq üçün təklif olunan üsul onların qısırlaşdırılıb yenidən təbiətə buraxılmasıdır. Lakin bu elə də effektiv hesab olunmur. Qısırlaşdırılmış it və ya pişik yenə biomüxtəlifliyə ziyan vurmağa davam edir”.
 
Bu məqamı sahibsiz heyvanların ekologiyaya mənfi təsirləri barədə Ednews-a danışan araşdırmaçı, eko-aktivist Zülfü Fərəcli bildirib. O qeyd edib ki, çoxları bu heyvanların təbiətə aid olduğunu düşünür. Əslində isə bu canlıları insanlar uzun dövr əzrində onların əcdadları üzərində apardıqları təcrübələr nəticəsində indiki vəziyyətə gətiriblər. 
 
“İtlər və pişiklər insanların onların əcdadları üzərində uzun illər apardığı süni seçmənin məhsuludur. Eynilə digər ev heyvanları və bitkilər kimi. Biz onların xoşumuza gələn xüsusiyyətləri seçmiş, onların sayını milyardlara çatdırmışıq. Nəticədə onlar əcdadlarından fərqlənərək təmamilə başqa bir canlıya çevriliblər”. 
 
 
Z.Fərəcli qeyd edib ki, sahibsiz heyvanlar dünyada bir çox canlı növünün nəslinin kəsilməsinə səbəb olub:
 
“Sahibsiz itlər dünyada 11 növün nəslinin tükənməsinə səbəb olub, hal-hazırda da 96-sı məməli, 78-i quş, 22-si sürünən, 3-ü suda-quruda yaşayan olmaqla 188 növün nəslinin qorunmasına təhlükə yaradır. Bu növlərdən 30-nun mühafizə kateqoriyası “Kritik səviyyədə” (Critically Endangered) hesab olunur, hətta onlardan 2 növün artıq nəslinin tükəndiyi belə düşünülür. Sahibsiz itlərin vəhşi təbiətdə digər heyvanları ovlayır, bəzi hallarda xəstəlik yayır, bəzilər üçünsə yem qıtlığına səbəb olur. Sahibsiz itlər vəhşi heyvanlarla yanaşı insanlar və digər ev heyvanları üçün də təhlükə yaradır. Birbaşa hücumlar və yaydığı xəstəliklər buna misaldır”.
 
Z.Fərəcli bildirib ki, pişiklər də ətraf-mühitə ziyan vurmaqda itlərdən geri qalmır. Belə ki, sahibsiz pişiklər 33-ü quş olmaqla 63 növün nəslinin tükənməsinə səbəb olub. Sahibsiz pişiklər də itlər kimi vəhşi təbiətə ov, xəstəlik yaymaq və vəhşi növlərlə hibridlər yaratmaqla zərər verirlər. 
 
“Hətta, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə aparılan hesablamalara görə, 2050-ci ilə qədər sahibsiz pişiklər barədə addım atılmasa, endemik yerli növlərin nəsli tükənəcək. Buna görə bu yaxınlarda Avstraliya hökuməti 2 milyon sahibsiz pişiyin məhvi ilə bağlı qərar qəbul etdi”. 
 
Z.Fərəcli əlavə edib ki, sahibsiz heyvanların vurduğu zərərin qarşısını almaq üçün təklif edilən yol onların sterilləşdirib (qısırlaşdırılıb) yenidən təbiətə buraxılmasıdır, lakin elm bu metodun effektiv olmadığını sübut edib:
 
“Ölkəmizdə də təəsüf ki, sahibsiz heyvanlarla bağlı məsələdə çıxış yolu kimi bu üsulu irəli sürürlər. Düzdür, qısırlaşdırmaq onların sayını azaltmağa kömək edir, lakin bütün heyvanları qısırlaşdırmaq mümkün olmur. Onu da xatırladım ki, sterilizasiya bu heyvanların yalnız çoxalmasının qarşını alır. Onlar yenə də ovlamağa davam edərək vəhşi təbiətə ziyan verir, xəstəlik yayır”.
 
Son olaraq Zülfü Fərəcli vurğulayıb ki, sahibsiz it və pişiklər təbiətdən uzaqlaşdırılmalı, onlarçün sığınacaqlar yaradılmalı, həmin sığınacaqlarda qısırlaşdırma və vaksinasiya işlərindən sonra insanlar tərəfindən sahibləndirilməlidirlər:
 
“İt və pişiklər sinir sistemi yaxşı inkişaf etmiş, yəni ağrını hiss edən canlılardır. Bundan əlavə, bu canlıların müxtəlif işlərdə bizə köməyi də dəyir. Onlar da digər ev heyvanları – inək, qoyun, keçi kimi bizim yanımızda olmalıdır. Nə olur olsun, bu canlıları yenidən təbiətə buraxmaq olmaz. Ən son variant kimi isə evtanaziya kimi etik üsulla saylarını azaltmaq barədə düşünmək olar”.
 
 
Törə Zeynallı
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı