Kanada da KFC restoranlar şəbəkəsi ənənəvi kartof qızartması menusunu ləğv edilməsinə qərar verib. Bununla bağlı maraqlı reklam çarxı da çəkilib.
Ednews xəbər verir ki, KFC restoranlar şəbəkəsi müştərilərini ənənəvi kartof qızartması menusuna son dəfə baxmağa dəvət edib. Onlar çarxda sözügedən menyunun “Cənazə” mərasimi keçiriblər.
KFC Kanada reklam işləri üzrə direktor Əzim Axtar bildirib ki, kanadalılar kartof menusuna nifrət edirlər.
“Ona görə də biz bu menyunu ləğv edib və əvəzinə yeni bir menyu təqdim etmək istədik”, - deyə əlavə etdi.
Bu qərar sosial şəbəkə istifadəçilərinin gülüşünə səbəb olub və bəziləri bu qərarı tənqid edərək “iyrənc” bir qərar olduğunu bildiriblər.
Qeyd edək ki,“Cənazə” mərasimi Kanada KFC restoranlar şəbəkəsinin rəsmi saytında canlı olaraq yayımlanacaq.
Loğman Yunis