Yeni bir araşdırmaya görə, xəstəxanaya yerləşdirildikdən sonra uzun müddətdir Covid ilə yaşayan insanların iç orqanlarında müəyyən fəsadlar aşkarlanıb.
Ednews BBC - də paylaşılan araşdırmaya istinadən xəbər verir ki, MRT müayinələri xəstələrdə ağciyər, beyin, böyrək və bir çox orqanlarda bəzi fəsadların olma ehtimalının üç dəfə çox olduğunu dair fakt aşkar edib.
Araşdırma virusa yoluxan 259 xəstənin xəstəxanaya yerləşdirilməsi vasitəsilə aparılıb.
Onlar xəstəxanadan buraxıldıqdan beş ay sonra əsas orqanlarının MRT müayinələri heç vaxt Covid keçirməmiş 52 nəfərlik qrupla müqayisədə əhəmiyyətli fərqlər göstəriblər.
Ən böyük təsir ağciyərlərdə görülüb. Burada skanların orqanda fəsad göstərmə ehtimalı 14 dəfə çox olub.
MRT - də ağır Covid keçirmiş insanlar arasında beyində fəsadlar üç dəfə, böyrəklərdə isə iki dəfə çox olduğunu aşkar edib.
Ürəyin və qaraciyərin sağlamlığında isə ciddi fərq aşkar edilməyib.
Tədqiqatçılar bunun xəstəliyin şiddəti ilə əlaqəli olduğuna inanırlar.
Böyük Britaniya səhiyyə nazirliyi araşdırmanın Covid müalicələrin inkişafına kömək edəcəyinə ümid edir.
Əkbər