43 yaşlı Sian Sexton adlı şəxsin 11 il öncə itən pişiyi tapılıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, pişiyin sahibi illərdi onu axtarıb. Bunun üçün küçələrə elanlar, posterlər yayıb.
İllər keçəndən sonra isə bir baytar onu tapıb və S.Sextonla əlaqəyə keçib. Sexton pişiyini görəndən sonra sevincindən ağlayıb. Pişiyinə qovuşduğu anı belə ifadə edib:
"Onu ilk dəfə görəndə çox emosional idim" deyir. Onun vəziyyətini görmək məni kədərləndirdi. O, asqırırdı və xırıltılı idi. Tamamilə çirkli və bütün tükləri palçığa bulaşmışdı".
Oğuz