Yeni texnologiyalar təəccübləndirməyə davam edir. Bu dəfə də real vaxt rejimində rəngini və naxışını dəyişə bilən paltar hazırlanıb.
Ednews "The Verge" saytına istinadən xəbər verir ki, geyim “Adobe” şirkətinin “Primrose” adlı layihəsidir və tekstil displeylərindən hazırlanıb.
Nəşrin sözlərinə görə, “Primrose” texnologiya və dəb arasında sərhədləri yox edərək geyimləri sənət əsərlərinə çevirir.
“Adobe Firefly”, “After Effects”, “Stock” və “Illustrator” proqramlarından istifadə etməklə yaradılmış bu interaktiv paltar istənilən üsluba və məzmuna uyğunlaşa bilər”, - deyə layihə müəllifləri əlavə ediblər.
Əkbər


