Yanlışanlaşılma kimi baş verən hadisə Portuqaliya mediasında gündəm olub.
Ednews xəbər verir ki, hadisə Portuqaliyanın paytaxtı Lissabonda baş verib.
Həmyerlimiz restoranda ofisiantdan nar şirəsi istəyib. Bunun üçün smartfonun səsli tərcümə funksiyasından istifadə edib. Proqram "Я хочу гранатовый сок» sözlərini portuqal dilində "mənim qumbaram var" kimi tərcümə edib.
Azərbaycanlı da bu sözləri kağıza yazaraq ofisianta verib. Kağızda "qumbara' sözünü oxuyan ofisiant dərhal polisə zəng edib.
Qısa müddət sonra "hadisə" yerinə gələn polislər antiterror əməliyyatı keçirərək onu zorakılıqla həbs edib və polis şöbəsinə aparıblar.
İlkin dindirmədən sonra o azad edilib.