Saturn planetinin məşhur halqaları 2 ildən az bir müddətdə tamamilə yox olacaq. Amma bu yoxa çıxma o demək deyil ki, onlar artıq orada olmayacaqlar.
Ednews chip online nəşrinə istinadən xəbər verir ki, astrofotoqraflar və həvəskar astronomlar iki ildən az müddətdə inanılmaz fürsətdən istifadə edə bilərlər. Saturnun Günəş ətrafındakı orbitinin əyilməsi səbəbindən 18 aydan sonra planetin halqaları ilə görmə xəttimiz uyğunlaşmayacaq və halqalar planetin təsvirlərində görülməyəcək.
Planetin halqaları çox böyük olduğundan bu, son dərəcə qəribə bir vəziyyət kimi görünə bilər. Yalnız Saturnun ən parlaq, ən görünən halqalarına diqqət yetirsək, onlar 70.000 ilə 140.000 km uzunluğundadır. Ümumilikdə, onlar 30 Yer kürəsinə bərabər ərazini əhatə edir.
Əksər hissələrdə onların qalınlığı 100 metrdən azdır.
Xəyal Ramiz