Bir çox süni intellektlə dəstəklənən audio/vizual məhsullar ortaya çıxır.
Ednews xəbər verir ki, yeni hazırlanmış Burger King reklamı süni intellekt tərəfindən imzalanıb və qorxulu görünür.
Burger King-in süni intellektdən istifadə edərək hazırladığı hamburger reklamı qüsurları ilə birlikdə yayımlanıb.
Hellouin üçün xüsusi olan və Fransada yayımlanan reklamın narahat edən tərəfi reklamdakı insanların üzlərinin deformasiyaya uğraması, bəzən hamburgeri dişləmələri, bəzən də barmaqları ilə yeməsi və maraqlı görünməsidir.
İnsanların əllərindəki hamburgerləri dişləmələri ilə yanaşı, növbəti səhnənin bu hamburgerlərin insanlara çevrilməsi ilə başlaması da çox narahat edir.
Videodan başqa, süni intellektlə reklam afişaları da hazırlanıb.
Xəyal Ramiz