Butanda dövlətə məxsus gizli Bitcoin mədən obyektləri aşkar edilib
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Cənubi Asiya ölkəsi Butanda dövlətə məxsus gizli Bitcoin mədən müəssisələrinin olduğu üzə çıxıb.
Amerikanın biznes jurnalı Forbes tərəfindən aparılan araşdırma Butan krallığına aid gizli Bitcoin istehsal müəssisələrini üzə çıxarıb .
Planet Labs, Satellite Vu və Google Earth- dən alınan peyk görüntülərinə, habelə Butanın kriptovalyuta investisiyalarına dair məlumatı olan mənbələrə görə , heç vaxt ictimaiyyətə açıqlanmayan dörd kriptovalyuta mədən obyekti var.
Hazırda dünyada açıq dövlətə məxsus kriptovalyuta mədənlərinin olduğu yeganə ölkə El Salvadordur. Lakin ortaya çıxan dəlillər göstərir ki, Butan Krallığı da bu bizneslə məşğuldur.
Peyk görüntüləri Himalay ölkəsindəki sıx meşələr və dağlıq ərazilər arasında gizlənmiş hündür, düzbucaqlı mədən qurğularını və məlumat mərkəzinin soyutma sistemlərini ortaya qoyur.
Xəyal Ramiz