Ednews Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, AXC dövründə Yollar və Teleqraf naziri olan olan Xudadat bəy Məlikaslanov haqqında maraqlı faktları təqdim edir.
Xudadat bəy Məlikaslanov 1879-cu ildə Şuşanın Tuğ kəndində anadan olub.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası üzvlərinin imza atdığı istiqlaliyyət bəyannaməsində onun da imzası var.
Atası Ağabəy Qarabağda erməni istilaçılarına qarşı fəal savaşanlardan biri idi.
O, 1898-ci ildə Şuşa “Realni” məktəbində orta məktəbi başa vurub.
1904-cu ildə Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi Sanktpeterburqda Yol Mühəndisliyi İnstutuna daxil olub. Təhsili birinci dərəcəli diplomla başa vuraraq orada işə başlayıb.
O, AXC-nin 1-ci və 2-ci Hökümət kabinetlərində yollar və poçt teleqraf naziri, 3 və 4-cü hökümət kabinetlərində Yollar Nazir vəzifəsini daşıyıb. 5-ci hökümət kabinetində isə Sənaye və Ərzaq Nazirinin səlahiyyətlərini yerinə yetirib.
Həmçinin o, 1919-cı ildə yaradılan Dövlət Müdafiə Komitəsi sədrinin 1-ci müavini olub.
Onun təşəbbüsü ilə Bakıda ilk dəfə ana dilində tədris verilən dəmir yolu məktəbi açılır. 1930-cu ildə 2 il yarım həbsdə olur.
Xudadat bəy Məlikaslanov birinci dəfə Baş Siyasi İdarənin zindanında həbsdə olub. Qısa bir müddət azadlığa çıxan kimi yollar və nəqliyyat instutlarında dərs deyib.
1934-cu ildə uydurma iddihamlarla ikinci dəfə həbs olunur. O, 1935-ci ildə ağır xəstəlikdən həbsxanada vəfat edir.
Xəyal Ramiz