Beynəlxalq narkotik ticarətində ittiham olunan Imperiale , 5 illik qaçaq həyatının sonunda, 2021-ci ilin avqustunda Dubayda tutulub.
Ednews xarici KIV-ə istinadən xəbər verir ki, ötən il İtaliyaya ekstradisiya edilən İmperiale etirafçı olub və cəzasının azaldılması üçün mafiya ilə bağlı məlumatları açıqlayıb.
Həftənin əvvəlində Neapolda baxılan işdə prokurorluq Imperiale'nin dövlətlə əməkdaşlıq etmək istədiyini və bu çərçivədə şəxsi adasını dövlətə təhvil verməyi təklif etdiyini bildirib .
20 nəfərin mühakimə olunduğu mafiya işində prokurorluq ümumilikdə 209 il həbs tələb edir. 49 yaşlı Raffaele İmperiale üçün 14 il 9 ay həbs cəzası istənilir.
1,8 milyon avro dəyərində aktivlərə həbs qoyulub
İtaliyada mafiya işlərində dövlətlə əməkdaşlıq edən müttəhimlərin cəzası azaldıla bilər.
Xəyal Ramiz