Avropa Birliyi ölkələrində aparılan sorğuya görə, avropalıların 10 faizi Ukraynanın müharibədə qalib gələ biləcəyini düşünür.
Ednews sozcu nəşrinə istinadən xəbər verir , Hesabat müəlliflərinin sözlərinə görə, ötən il bu dəfə daha çox avropalı Ukraynanın itirdiyi bütün əraziləri geri almasına inanırdı
"Avropanın Ukraynaya davamlı dəstəyini sübut etmək üçün Aİ liderləri müharibə haqqında danışıq tərzini dəyişdirməli olacaqlar" deyə sorğu keçirən Avropa Xarici Əlaqələr Şurasının (ECFR) əməkdaşı Mark Leonard bildirib.
Leonard bildirib ki, əksər avropalılar " Rusiyanın qələbəsinin qarşısını almaq istəyirdilər", lakin Kiyev qələbə üçün hərbi cəhətdən zəif təchiz olunub.
Avropalılar müharibə yardımına getdikcə daha çox şübhə ilə yanaşsalar da, ekspertlər deyirlər ki, bu yardım Putinin mütləq qələbəsindən çox Ukrayna üçün “davamlı və danışıqlar aparıla bilən kompromis mühiti” təmin etməyə kömək edəcək.
Fransa, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Polşa, İspaniya və İsveç də daxil olmaqla 12 Aİ ölkəsində aparılan sorğu göstərir ki, Ukraynanın əks-hücumları dayanıb, ABŞ-ın yardım siyasətində dəyişiklik qorxusu artıb və ABŞ müharibəyə pessimist münasibət bəsləyir. Həmçinin Donald Trampın ikinci prezidentlik müddətinin mümkünlüyünün artdığı üzə çıxıb.
Xəyal Ramiz