Azərbaycanlı alpinist İsrafil Aşurlu dünyanın doqquzuncu zirvəsi olan Nanga Parbatı (8125 m) fəth edib.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat verib. Bildirilib ki, o, əlavə oksigen istifadə etmədən zirvəyə qalxıb.
Bu, Azərbaycan alpinisti üçün yeddinci səkkizminlik zirvədir.
Nanga Parbat Pakistanın Qərbi Himalaylarındakı ən yüksək zirvə hesab olunur.