Bu gün dünyanın müxtəlif istiqamətlərində müşahidə olunan tutulma nəticəsində Ay qırmızı rəng alıb.
“EDnews” xəbər verir ki,bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu nadir hadisəni Amerikada, Sakit və Atlantik okeanlarının üzərində, həmçinin Avropa və Afrikanın qərb hissələrindən görmək mümkün olub.
Məlumat üçün əlavə edək ki, Ay tutulması Yerin Günəşlə Ay arasında olduğu və Ayın tamamilə Yerin kölgəsi altında qaldığı orbital mövqedə baş verir.