İtaliyanın Carlo Ratti Associati dizayn studiyası bortunda fitnes-zalın yerləşdiyi gəmi layihəsi hazırlayıb. Layihə Parisdə Sena çayında buraxılacaq.
Fitnes-zal iki sıra velotrenajorla ponton üzərində şüşə konstruksiyanı nəzərdə tutur. Bu, insanlara Sena sahillərində baş verənləri və "Eyfel" qülləsi də daxil olmaqla Parisin görməli yerlərini izləmək imkanı verir. Məşq barədə məlumatlar real zaman rejimində şüşə üzərində əks olunacaq. Layihə Technogym şirkətinin və ONE qeyri-hökumət təşkilatının, eləcə də Urbem urbanistika universitetinin dəstəyilə hazırlayıb.
Məqsəd insan bədəninin köməyilə yaradılan enerjinin potensialını nümayiş etməkdir. Üzən fitnes-zalın mühərriki məhz bu enerji hesabına çalışacaq. Gəmin uzunluğu 20 metrdir. Burada 45 velotrenajor yerləşəcək. Elektrik mühərriki hesabına gəmini il boyu Sena boyunda uzun kruizlər üçün də istifadə etmək olar.