"Eurasia Diary" bu gün Astanada Suriyada sülhün əldə olunması üçün aparılan danışıqlar barədə Qazaxıstanlı jurnalist kaztr.com Qazaxıstan Xəbərinin Redaktoru Nurgali Jusipbaydan eksklüziv açıqlama alıb.
Jusipbay müxtəlif ölkələrdən gələn 300-ə qədər xarici jurnalistin bu müzakirələri izlədiyini, habelə 120 Qazax mətbuat nümayəndələrinin informasiya yayacağını açıqlayıb. Danışıqlar bağlı qapılar arxasında baş tutacaq.
Tədbir Nazarbayevin açılış nitqi ilə başlayıb və hazırda da davam edir. Heyətlər arasında gedən danışıqlar bağlı qapılar arxasında aparılır. Jusipbay məlumat verib ki, danışıqlar Suriyada atəşkəsin bərqərar olması və böhranın siyasi həlli ilə bağlı beynəlxalq səylərə töhfə vermək istiqamətində davam edir.
Qazaxıstanlı jurnalist bununla yanaşı, danışıqlarda iştirak etmək üçün ABŞ-dan hər hansıı bir rəsminin gəlmədiyini, ABŞ-ın Qazaxıstandakı Səfiri Corc Krolun bu dövləti təmsil etdiyini qeyd edib.