"Əgər Azərbaycanda o zaman hakimiyyət güclü olsaydı, Heydər Əliyev prezident olsaydı, mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsi olmayacaqdı".
Vladislav Safonov Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin dəvətilə BAMF-ın ofisini ziyarət edib.
Dağlıq Qarabağ Muxtar Vilayətinin (Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti) ilk komendantı general-mayor Vladislav Safonov bu sözləri Eurasia Diary-ə özəl müsahibəsində bildirib.
Vladislav Nikolayeviç Safonov Bakıya Volqoqraddan gəlib. Belə ki, məhz bu şəhərdə Volqoqrad-Bakı Dostluq Parkı Mədəniyyət-Əyləncə kompleksi tikilib.
Onun sözlərinə görə, parkın əsası 5 iyun 2013-cü il tarixində Volqoqrad Mərkəzi rayonda, Mədəniyyət və İdman Parkı ərazisində Mərkəzi Rayonda keçirilən "Rusiya-Azərbaycan: Regionlararası Dialoq-2013" IV Beynəlxalq Forumunun iştirakçıları tərəfindən qoyulub. Bir çox rəsmi mənbələrdə Volqoqrad Dostluq Parkı "Bakı" parkı adlanır.
"Bakı" parkında Qız qalası, Volqoqrad şəh.
Dostluq parkına ayrılan ərazidə bir çox obyektlər tikilib. Onların arasında: fəvvarələr ("Buta" və "Çay"), uşaqlar üçün oyun meydançaları, "Bakı" restoranının adını çəkmək olar. Bundan əlavə, onlar Qız qalası, Nobel qardaşlarının stendi, Heydər Əliyevin abidəsi, eləcə də, Böyük Vətən müharibəsi qəhrəmanlarının şərəfinə xatirə lövhəsi inşa ediləcək. Volqoqradda "Qarabağ" muzeyinin yaradılması da planlaşdırılır.
Əlbəttə ki, ayrıca olaraq azərbaycanlıların məsələn, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanov və Sovet İttifaqı qəhrəmanı mayor Xıdır Mustafayevin da iştirak etdiyi Stalinqrad döyüşünün qəhrəmanlarının igidliyi əbədiləşdiriləcək. Sovet Ordusunun digər əsgərləri ilə yanaşı, azərbaycanlılar Volqa şəhərini qəhrəmancasına müdafiə edib, onların çoxu Stalinqrad uğrunda gedən döyüşlərdə həyatlarını qurban verib.
Vladislav Safonov müsahibəsində 30 il əvvəl baş vermiş və hələ də öz həllini gözləyən Qarabağ münaqişəsi barədə danışıb.
O zaman SSRİ Daxili İşlər Nazirliyinin qoşunlarının komandiri SSRİ daxili işlər nazirinin göstərişi əsasında Yuriy Şatalin Vladislav Safonovun motoatıcı taborun müşayiəti ilə Xankəndinə uçması barədə əmr verdi. Bu 12 May 1988-ci ildə baş verib.
Generalın sözlərinə görə, keçmiş Kirovobadda ona xüsusi təlimatlar verilməli idi.
"Gəldikdən sonra, mən dərhal çox mürəkkəb və dolaşıq vəziyyətlə qarşılaşdım. Dağlıq Qarabağ muxtar vilayətinin Regional Komitəsinin birinci katibi Henri Poqosyan birbaşa şəkildə, “bir neçə həftə dərhal sonra Dağlıq Qarabağ Ermənistana ilhaq ediləcək, bu məsələ artıq həll olunub", - deyə bəyan etdi. "Sizlik burada heç bir iş yoxdur, yoldaş general". Biz siz olmadan da burada qayda-qanun yaradacağıq", - Poqosyan açıq şəkildə mənə dedi", - deyə Safonov xatırlayır.
"Biz artıq hansı "qayda-qanun"dan söhbət getdiyini anlamırdıq". "Qayda-qanun" deyərkən, Poqosyan azərbaycanlıların döyülməsi, onların əmlakının zorla əllərindən alınması və zorakılığın istənilən formasını nəzərdə tuturdu. Yəni bu "qayda-qanun"un dinc şəraitlə heç bir əlaqəsi yox idi.", deyə V. Safonov sözlərinə davam edir.
General-mayorun sözlərinə görə, nə Bakıdan, nə də Moskvadan heç bir dəstək yox idi. Bu vəziyyətdə çıxış yolu tapmaq çox çətin idi. Azərbaycan SSR-in rəhbərliyi hər şeyin öz-özünə həll olunacağını düşünürdü, buna görə də Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı yaranmış problemə etinasız yanaşılırdı.
"Azərbaycanın o zamankı rəhbərliyinin Qarabağdakı vəziyyətə münasibəti mənə çox nadir hallarda edilən zənglərlə məhdudlaşırdı, "Orada işləriniz necə gedir?". Vəssalam. Bununla yanaşı, Ermənistan hakimiyyəti gizli hazırlıqlar aparırdı. "Müharibə ocağı"nın yaradılması, Dağlıq Qarabağın Azərbaycandan qoparılması və vilayətin Ermənistana birləşdirilməsi istiqamətində əvvəlcədən hazırlanmış işlər görülürdü" - Safonov bildirib.
- O zaman sizi "Dəmir General" adlandırırdılar, bu barədə nə deyə bilərsiniz?
- Bəli. O zaman məni "General-qaya" və yaxud "Dəmir general" adlandırırdılar və bu da əsasən mənim hiyləgər olmamağım və çətin vəziyyətlərdə qanun və nizamnamələri yerinə yetirməyimlə bağlıdır. Haradasa kimlərsə yaltaqlıq edirdilər. Mən qanunlara ciddi şəkildə riayət edirdim axı. Təlimatların həyata keçirilməsini ciddi şəkildə izləyir və siyasi xarakterindən asılı olmayaraq, konstitusiyada yazılanları yerinə yetirirdim. Hər bir respublikanın və bütövlükdə Sovet İttifaqının ərazisinin bölünməzliyi - bu mühüm faktordur. Və Dağlıq Qarabağın tarixən Azərbaycana deyil, Ermənistana aid olduğunu sübut etməyə çalışsalar da mən buna əhəmiyyət vermirdim.
- Sizə qarşı bir sıra sui-qəsd cəhdləri edilib, işinizə mane olublar. Mənəvi cəhətdən təslim olmaq istəyiniz olubmu?
- Xeyr, əksinə. Bilirsiniz, rəqib nə qədər çox sıxışdırılarsa, o, bir o qədər güclü olur. Məsələn, Rusiyada keçirilən seçkilər. Hazırkı prezident Vladimir Putinə çox təzyiq göstərildi. Sonu nə oldu? Onun gücü və siyasəti qazandı.
- Dövlət dumasının ermənipərəst deputatı Qalina Starovoytova ilə görüşünüz barədə bizə məlumat verərdiniz.
- Axşam saatlarında mənə məlumat verildi ki, Starovoytova Yerevandan gəlib. O, xəbərdarlıq etmədən gəlmişdi. Təbii ki, bu həyəcan doğurdu. Camaat yığışdı, təxribatlar hazırlanırdı. Mən onun yanıma gətirilməsini əmr etdim. Buna görə o, məni Sovet Pinoçeti adlandırdı. Mən ona bu rayonda hərbi əməliyyatlar aparıldığını və gəlməmişdən əvvəl icazə almalı olduğunu izah etdim. Bu onun öz təhlükəsizliyi üçündür. O, yenə də hər şeyi inkar etməyə başladı, qorunmağa ehtiyacı olmadığını və s. söylədi. Ertəsi gün mən onu Yerevana geri göndərdim.
- Erməni tərəfinə hansı yollarla və kim tərəfindən silah verildi?
- Ermənilər daima təxribatlar aparırdılar. Bir dəfə mən nəzarətə götürülmüş vertolyot haqqında məlumat almaq üçün Xanlara (indiki Göygölə) uçdum. Qadın sərnişinlər dərhal ayaqlarıma düşüb, çəkmələrimi öpdülər və gileylənməyə başladılar. Mən onlara sirk təşkil etməsinlər deyərək qışqırdım və vertolyotun silah daşıdığı üçün saxlandığını, qadınların yalnız sipər kimi istifadə olunduğunu dedim. Yəni onlar qadınları və ya uşaqları silah daşımaq üçün istifadə edirdilər.
- Qarabağı nə vaxt və hansı səbəbdən tərk etdiniz?
- 1990-cı il dekabrın 12-də mən Dağlıq Qarabağdan getmək məcburiyyətində qaldım. Mən öz ürəyimin bir hissəsini Azərbaycana verdim. Hətta Mütəllibova məni Azərbaycanın daxili işlər nazirinin müavini təyin etməyi təklif etmişdim və bütün qüvvəmlə Dağlıq Qarabağda respublikaya kömək etmək üçün Azərbaycanda qalmağa hazır idim. Ancaq hər şey istədiyimiz kimi olmur. Vəziyyətin ümidsizliyini anladıqdan sonra Daxili İşlər Nazirliyinin rəhbərliyindən məni köçürmələrini xahiş etdim. Növbəti il ehtiyatda olan hərbçi idim. Respublikanın rəhbərliyi xalq, Dağlıq Qarabağ haqqında hər şeydən az düşünürdü, onu yalnız şəxsi maraqları narahat edirdi.
- Sizin üçün ən yaddaqalan an hansı oldu?
- Bir dəfə mənə məlumat verildi ki, Şuşanın yaxınlığında bir azərbaycanlı uşağının tanınmaz hala salınmış bədəni tapılıb. Körpəni əlimə götürdüm və onu Şuşaya həkimlərə apardım. Şuşaya gəlirik, orada isə artıq azərbaycanlılardan ibarət kütlə toplaşıb. Birinin əlində balta var, digərində taxta parçası. Mən onların vəziyyətini başa düşürdüm və buna görə də dağılmalarını və uşağı həkimlərə götürməyə imkan vermələrini istədim. İnsanlar dağılışdı və mən uşağı xəstəxanaya gətirdim. Xoşbəxtlikdən, həkimlər oğlanı xilas edə bildi və azərbaycanlılar erməni kəndini dağıtmağa getmədilər. Mən onlardan Ermənistanın təxribatlarına uymamağı xahiş etdim. Ermənilər tez-tez belə təxribatlara əl atırdılar. Daha belə bir hadisə olmuşdu. Laçın və Şuşa arasında kiçik bir kəndi xatırlayıram. Bu kənddə 5-6 erməni ailəsi yaşayırdı. Gənclər bu kəndi artıq tərk etmiş, yalnız yaşlılar qalmışdı. Və azərbaycanlıları qızışdırmaq üçün bu kəndə əvvəlcə vəhşicəsinə döyülərək şikəst edilmiş 8-10 yaşlarında bir azərbaycanlı oğlanı atmışdılar. Ermənilər özününkülərin həyatı ilə oynayırdılar. Böyük hədəflər üçün kiçik qurban vermək onların taktikası idi.
- Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün hansı addımlar atılmalıdır?
- Məsələ sülh yolu ilə həll olunmalıdır. Bu işdə gənclər və qazilər birləşməlidir. Dinc yol sivil insanlar üçün nəzərdə tutulub. Tərəflər qarşılıqlı addımlar atmalıdır. Amma hər şeydən əvvəl bunu dünya ictimaiyyətinə göstərmək lazımdır. Yəni səssiz qalmaq olmaz. Məsələn, Rusiyanı götürsək, onlar əvvəlcə informasiya sahəsində haradasa uduzdular, indi səhvlərini düzəldiblər. O dövrdə ütünü taxırdın Ermənistan Qarabağ haqqında danışırdı. Hara baxırdınsa Ermənistan Qarabağ haqqında yazırdı, amma Azərbaycan susurdu, bir sətir belə yox idi. Bu sahədə fəaliyyət göstərilmirdi. Mən görüş zamanı BAMF-ın fəaliyyəti ilə tanış oldum: təşkilat Dağlıq Qarabağ problemini beynəlxalq arenalarda necə işıqlandırır, hansı layihələri həyata keçirir, bu mövzuda beynəlxalq səviyyədə danışıqlar aparır. Bu, dərin hörmətə layiqdir, çünki belə məsələlərdə fəaliyyət böyük önəm kəsb edir.
İndi Azərbaycan üçün hər şeyin həll olunmalı olduğu bir zamandır. Hər iki tərəfdən hərbi əməliyyatlarda iştirak etmiş qazilər də daxil olmaqla veteranları bu prosesə cəlb etmək lazımdır. Gənclər də çox böyük rol oynayır.
- Volqoqradda Azərbaycan diasporasının fəallığı nə dərəcədədir?
- Volqoqradda "Bakı" adlı gözəl bir park var və diaspora orada çox yaxşı işləyir.
Volqoqrad-Bakı Dostluq Parkı Mədəniyyət və Əyləncə Kompleksinin açılış mərasimi
Onlar müxtəlif tədbirlər keçirirlər. Bu tədbirlərə isə yalnız orada yaşayan azərbaycanlıları deyil, bütün diasporaları, o cümlədən erməniləri də cəlb edir və böyük bir iş görürlər. Onlar "Qarabağ" muzeyini yaratmağı planlaşdırır. Muzeyin açılması üzərində çalışan gənc azərbaycanlılara nəşr olunan məqalələrimi verdim. O zaman mənə fəxri diplomlar verildi. Elmira Qafarova mənə laureat nişanını təqdim etdi. Bunların hamısını uşaqlara verdim. Yəni gənclərin fəallığı bu sahədə əsas prioritetdir.
Münaqişənin həlli üçün ikinci istiqamət diasporalardır. Hər iki tərəf bütün diasporalarla əlaqə saxlamalıdır. Onlar fiziki təzyiqdən qorxmurlar.
Ən etibarlı yol diplomatik yoldur. Sizə maraqlı bir hadisəni danışım. Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rzayev necəsə mənim yubileyimdə iştirak etmək üçün Volqoqrada gəldi. Səfirdən soruşdular: "Heydər Əliyev sizin gəlişiniz barədə bilirmi?" Səfir onlara cavabında dedi: "Mən Heydər Əliyevin icazəsi olmadan lojaya belə çıxmıram və artıq başqa bir şəhərə uçmaq - bu barədə söz ola bilməz".
Hər il mayın 10-da Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycanda hərbi xidmət keçmiş komandirlər toplanırdı. Onların bir çoxu müdafiə nazirləri, daxili işlər nazirləri oldu. Gecənin sonunda Heydər Əliyevə doğum günü münasibətilə təbriklərimizi çatdırırdıq.
Sonda demək istəyirəm ki, bir çox insanlar Rusiyanın ayağa qalxdığını düşünürlər. Həqiqətən bir dövr var idi ki, Rusiya əyilmişdi amma çəkmələrinin iplərini bağlamaq üçün. Azərbaycan da artıq çəkmələrinin iplərini bağlayıb və qamətini düzəldib, indi artıq hərəkət etmək vaxtıdır.