Bir fotonun hekayəsi “Tək istəyim 4 yaşlı bacımı doyurmaqdı”

Müsahibələr 10:39 01.03.2020

Müharibə bir qadının simasına nə qədər təsir edər bilər?

Heç düşündünüzmü?

Məncə, çoxlarınız bu haqqda heç təsəvvür belə edə bilməzsiniz.

Doğma el-obasından, ata-ana yurdundan, sevdiklərindən ürəyi nisgillə dolu necə ayrıla bilər?

Müharibə zamanı çəkilən fotolar, oradakı düşündürücü və ürək ağrıdan məqamlar, habelə zamanın göstərdiyi dəhşətlərin caynağından qaçan körpələrin gözlərinə baxmaq böyük cəsarət tələb edir.

Həmin jurnalları vərəqlədikcə orada uşaq və qadınların ah-nalələrini duymamaq mümkün deyil. Hələ ailəsini, övladlarını qorumaq üçün canlarını oda yaxan ataların göstərdiyi çabaları demirəm...

Demək olarki, hər birimiz bu ağ-qara fonda  az yaşlı körpəni bağrına basıb, qorxu dolu gözlərlə baxan qızcığazın şəklini  dəfələrlə görmüşük. Zaman onlar üçün donub və yaddaşlara həkk olunub. Ailəsindən ayrı düşən bu bacılar kimsəsiz qalaraq, bir-birinə sığınıblar.

Lakin şəkildə olan uşaq və körpənin taleyi bizlərə müəmmalı olaraq, qalmışdı. Görəsən, sağdılarmı? Yaşayırlarmı?

Ağlımızda yaranan suallara cavab tapmaq üçün fotoda olan qızcığazı axtarıb,tapdıq.

13 yaşlı Həyat Bayramova

Şəklin tarixçəsi haqqında danışarkən, Həyat xanım o günləri unutmadığını, hər gün yaşadığını söyləyir.

Eurasia Diary ilə acı həyat tarixcəsini bölüşən Həyat xanım belə dedi:

Şəkildə 13 yaşım var idi. Fotodaki bacım xatırladığım qədər 4 yaşlı Fatimədir. Biz ac-susuz idik. Tək istəyim balaca bacıma çörək tapıb, verməyim idi.

Həyat Bayramova Kəlbəcər rayonunun Zallar kəndində doğulub. Ailədə 7 uşaq olublar. 5 bacı, 2 qardaş. Kəlbəcərdə yaşadığı 13 illik həyatından  danışarkən, göz yaşları yanaqlarından süzülürdü. O, deyir ki, uşaqlıq illərim gözəl keçirdi. Məktəbdən evə sinif yoldaşlarımla birlikdə qayıdırdım. Bizim yerlərə məxsus “toz” çiçəyi deyilən bir çiçək var idi. Hər evə gələrkən, dərib, evə gətirirdim. Uşaqlarla bulaq başında oyunlar oynayardıq. Vətən sevgisi tapılmayan bir sərvətdir. Gözəl torpaqdan qopacağımı belə düşünmürdüm.

Taki, 1992-ci ilə kimi...

Yenə gözləri boşalmağa başlayan bulud kimi...

H.Bayramova Kəlbəcərdə olan sonuncu gününü belə xatırlayır. O deyir ki, anamla evdə tək idik. Anam mənə su qabını verib, bulaqdan su gətirməyimi tapşırdı. Bulaq başına çatanda bibimin gəlini  Gülnazı yolda gördüm, ağlaya-ağlaya get evə anana deki, sizləri evdən çıxartsın. Ermənilər kəndə hücum edib, bibin oğlu Lütfini yaralayıblar. Bu sözü eşidən kimi ayaqlarım qatlandı və mən yerə yıxıldım. Çox çalışdım amma evə gələ bilmirdim. Kəlbəcərin işğalı zamanı bibimin qayını şəhid oldu. Bircə onu xatırlayıram ki, şəhidin heç nəşını belə götürə bilmədik.

Həmin gün anam bizləri bir yerə yığdı, bacımı mənə verib, burada gözləyin, balaca qardaşınızı tapıb, gələcəm, deyərək, getdi. Uşaq idim, bəzi nüansları xatırlamaq çətindir. O şəkli kimin çəkdiyini bilmirəm. Ac-susuz valideynlərindən uzaq bir yerdə olan bizlər, nəyin baş verdiyini anlamaqda aciz idik. Amma həmin an tək istəyim bir tikə çörək idi. 1992-ci il yurdumuzdan ayrı düşdüyümüz zaman tək başına  qalan biz bacılara Göygöl rayonun Malazəli kəndindən  olan bir ailə sahib çıxdı. Düz 15 gün həmin ailənin himayəsi altında qaldıq. 15 gündən sonra valideynlərimiz bizi tapdı.  Həmin zaman da anamın axtardığı kiçik qardaşımı dayım tapıb gətirdi.  Bir müddət bizlər burada qaldıqdan sonra  buranın havasına uyğunlaşa bilmədik. 1994-cü ildə ailəmizlə birlikdə Goranboy rayonunun Buzluq kəndində məskunlaşdıq.

O ildən bugünə kimi Goranboy rayonun Buzluq kəndində övladlarımla birgə yaşayıram. Övladlarıma doğma kəndimdən danışıram. Bilirsiniz, oğlumun “Qarabağ xəncəri” var. Xəncər həmişə onun üzərində olur. Deyir, ana, böyüyəndə əsgər olub, torpaqlarımızı düşməndən azad edəcəm.

Uşaqlıq və gənclik illəri ağır keçən qadının həyat tarixcəsi də kədərlidir. 3 uşaq anasıdır. Tək başına 2 qız 1 oğlan övladı yetişdirir. Uşaqlıqdan aldığı psixoloji sarsıntılar onun səhhətində ciddi problemlər yaradıb. Və bu uşaqlarından da yan keçməyib. Acınacaqlı həyat şəraiti, çətin yaşayış, qəzalı ev ailə başçısının ailəni tərk etməsinə səbəb olub. O zamanlar bacısını qoruyan 13 yaşlı Həyat, indi tək başına öz övladlarını qorumağa çalışır. Düşüncəli görünən qadından səbəbini öyrənəndə oğlum xəstədir. Onun yeddi yaşı var. Hal-hazırda xəstəxanada müalicə alır. Tək istəyim övladımın sağalması, və onların təhsillərini tam başa vurmasıdır.

GÜNEL AĞAYEVA

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı