Hindistanın anti-İslam qanunu və müsəlmanların öldürülməsi Prof., dr. Mehmet Güzel - EKSKLÜZİV

Müsahibələr 16:45 16.03.2020

3 dəfə Nobel Sülh Mükafatına namizəd göstərilən beynəlxalq hüquq üzrə ekspert, İsveçrədə “Center for Peace and Reconciliation Studies” adlı düşüncə mərkəzinin sədri professor, fəxri doktor Mehmet Şükrü Güzel Hindistanda anti-İslam “Vətəndaşlıq tənzimlənməsi haqqında” Qanun və müsəlman qətliamına çevrilən etirazlarla bağlı EDNews-a eksklüziv müsahibə verdi.

- Hindistan 31 dekabr 2014-cü ilə qədər ölkəyə gələn müsəlmanlar istisna olmaqla buddist, sıx, jain, parsi, hindu və xristian mühacirlərə vətəndaşlıq hüququ verən “Vətəndaşlıq tənzimlənməsi haqqında” Qanun qəbul etdi. İfrat sağçı Baş nazir Narendra Modinin başçılıq etdiyi hökumətin təklifi ilə 11 dekabr 2019-cu ildə qüvvəyə minən qanuna əsasən Pakistan, Banqladeş və Əfqanıstandan gələn 6 dinə mənsub mühacirlər şəxsiyyət vəsiqələrini və Hindistanda 6 ildən çox yaşadıqlarını sübut etdikləri təqdirdə vətəndaşlıq hüququ əldə edəcəklər. Ancaq müsəlman əhalinin sayına görə dünyada ikinci yeri tutan Hindistanda bu qanun müsəlmanlara aid edilmir. Hindistanda yaşayan 200 milyon müsəlmanı ikinci dərəcəli vətəndaş yerinə qoyan və bir çoxunu vətəndaş olmaq hüququndan məhrum edən bu qanunun qəbul edilməsinin səbəbi nədir?

Qanunla müsəlman mühacirlər Hindistan vətəndaşlığını 11-12 il ölkədə yaşadıqdan sonra, digər dini qruplar isə 6 il yaşadıqdan sonra əldə edə bilərlər. Hindistan, BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasını imzalayıb ratifikasiya etsə də, bu müqavilə vətəndaşlıq əldə etmədən sonrakı müddətə aid olduğuna görə, əslində vətəndaşlığı kimə verəcəyi dövlətin ixtiyarındadır. Hindistan imzaladığı insan hüquqları müqavilələrini, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Komitəsi Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktını pozmur. Bu qanunun texniki tərəfdən şərhidir. Siyasi reallıq baxımından isə Hindistanda yaşayan 200 milyon müsəlman ölkə əhalisinin təxminən 12-14 %-ni təşkil edir.

Hal-hazırki vəziyyəti başa düşmək üçün Hindistanı Hindistan edən, müstəqillik hərəkatını başladan Cəvahirləl Nehru və Mahatma Qandini xatırlamalıyıq. Mahatma Qandi 1948-ci ildə, hələ Hindistanın müstəqilliyinin başlanğıcında Raştriya Svayamsevak Sanqh tərəfindən öldürüldü. Narendra Modi isə Hindistan Xalq Partiyası (BJP) və Raştriya Svayamsevak Sanqh (RSS) partiyalarının üzvüdür. İfrat sağçı bir millətçi hindu lider olaraq Hindistanı idarə edir və hər ifrat sağçı lider kimi münaqişədən güc qazandığına inanır. Hindistan və Pakistanın qurulmasında baş verənləri də xatırlamaq əhəmiyyətlidir. Təxminən 2 milyon mülki şəxs Pakistan və Hindistanın qurulması zamanı dinə söykənən münaqişələrdə həyatını itirib və onlar yaddaşlarda öz yerini tutur. 

Mühüm bir məqamı bildirmək lazımdır ki, son 30 ildə ifrat sağçı hinduların yalnız müsəlmanlara deyil, həm də xristianlara qarşı hücumları artmışdır. Xüsusilə, Şiv Sena, Bajrang Dal və Durga Vahini adlı ifrat sağçı təşkilatlar ölkədəki düşərgələrdə gəncləri Hindu üstünlüyü ideologiyasını öyrədir və ölkədə yaşayan digər dinlərə mənsub insanlara qarşı nifrət oyadır. 1992-ci ildə Babri məscidinin (Babur məscidi) ifrat sağçı hindular tərəfindən yandırılmasından sonra yaranmış hadisələrdə 2 min insan həyatını itirdi, daha sonra bəzi xristian missionerlər diri-diri yandırıldı... 2008-ci ildə Orissadakı bütün kilsələr ifrat hindular tərəfindən yandırılmış, 60 nəfər həyatını itirmiş və təxminən 50 min xristian evləri yandırıldıqdan sonra ərazini tərk etmişdi. Bütün bunların ifadəsi nədir sualınızın cavabı keçmiş Yuqoslaviyanın nümunələri ilə izah edilə bilər. Siyasi-psixoloji olaraq, keçmiş Yuqoslaviyanın vətəndaş müharibəsi dövründə serblərin siyasi motivasiyasının 1389-cu il Birinci Kosovo Döyüşündəki hərbi məğlubiyyətlə əlaqəli olduğunu və bir növ qisas istədiklərini anlamağın burada uyğun olduğunu düşünürəm. Hindistan son 10 əsr ərzində müsəlmanlar, ingilislər, hollandiyalılar və portuqaliyalılar da daxil olmaqla xaricilərin hərbi və inzibati hakimiyyəti altında olmuşdur. Dekolonizasiyadan əvvəl də 1947-ci ildə qismən müstəqil 552 knyazlıq ingilis hakimiyyəti altında idi. Dekolonizasiya ilə ilk dəfə Hindistanda hindular hakimiyyəti ələ keçirdilər.

İfrat sağçı hinduların keçmiş Yuqoslaviyadakı serblərlə oxşar siyasi psixologiyanı yaşadığını düşünürəm. Təəssüf ki, nəticədə 1930-cu illərdəki Avropaya bənzər ifrat sağın yüksəlişi və təşkilatlanması, habelə Şiv Sena, Bajrang Dal və Durga Vahini təşkilatlanmaları ilə Alman Nazi partiyasının təşkilatlanması üst-üstə düşür. Bu vəziyyət isə Narendra Modinin siyasətini müəyyənləşdirir. Belə ki, yüksələn millətçiliklə hakimiyyətə gələn bir lider artıq hakimiyyətdə qalmaq üçün bu sistemin əsirinə çevrilib. Hər bir təsir öz reaksiyasını alır və bu münaqişələrin artması gələcəkdə daha ciddi sosial qarşıdurmaların baş verə biləcəyini göstərir.

- Fərqli inanc qruplarından olan yüz minlərlə insanın, eləcə də müsəlmanların etiraz etdiyi “Vətəndaşlıq tənzimlənməsi haqqında” Qanun müsəlman qətliamına səbəb olur. Xüsusilə Hinduizm dinindən olan etirazı fürsət bilənlər müsəlmanları vəhşicəsinə öldürür, işkəncə verir, Quran səhifələrini cırır, müsəlmanların mülklərini və məscidləri yandırır. Bu faciəyə məhəl qoymayan Hindistan polisi etirazçıları ölümcül döyür, onlara qarşı gözyaşardıcı qazdan və həqiqi güllələrdən istifadə edir. Niyə beynəlxalq təşkilatlar, insan hüquqları təşkilatları, İslam Əməkdaşlıq Təşkilatı və müsəlman ölkələri daha bir insanlıq faciəsini izləyirlər, niyə müsəlman qətliamının qarşısını almırlar?

Bu sualın cavabı həm çox sadə, həm də olduqca mürəkkəbdir. Dövlətlərin öz vətəndaşlarının hüquqlarının məhdudlaşdırılması ilə bağlı BMT daxilində hər hansı bir sanksiya ehtimalı yalnız BMT Təhlükəsizlik Şurasının BMT Konvensiyasının 7-ci fəslinə uyğun olaraq qəbul etdiyi qərarlarla mümkündür. Hər hansı bir veto olmasa belə, BMT Təhlükəsizlik Şurasının nə edə biləcəyini soruşmalıyıq. Hərbi müdaxilə variantı istisna olmaqla, edə biləcəkləri yalnız iqtisadi embarqo ilə məhdudlaşacaq və heç bir dövlət Hindistan kimi böyük bir bazarı itirmək istəməyəcək. Dövlətlər küçə nümayişlərinin zaman keçdikcə azalacağını və problemi zamanın həll etməsini gözləyirlər. Xatırlamaq lazımdır ki, hal-hazırda Hind və Sakit okeanda hegemon dövlətlərin hökmranlıq müharibələri gedir. Nə Çin, nə də Qərb dövlətləri Hindistanı itirməyə cəsarət edə bilməz. İslam dövlətləri üçün isə bir maneə var. Belə ki, Hindistan bu günə qədər istəsə də, İslam Konfransı Təşkilatına qəbul edilməyib. Bu, İslam Konfransı Təşkilatının təsir dairəsini zəiflədir. Bundan savayı, İslam dövlətlərinin öz içlərində parçalanması və bölünməsini nəzərə alsaq, habelə Hindistanın Pakistana qarşı Banqladeşin əhəmiyyətli bir hərbi və siyasi müttəfiqi olduğunu düşünsək mürəkkəb münasibətlər zənciri yaranır. Bu sualın cavabı çox uzundur. Bundan başqa, BMT-nin Myanmada Rohignya faciəsi zamanı dövlət qanunlarındakı acizliyini xatırlamaq lazımdır. 

- 100-dən çox insanın öldürülməsinə baxmayaraq, 9 dekabr 2019-cu ildən bəri davam edən etiraz aksiyası müsəlmanlara da buddist, sıx, jain, parsi, hindu və xristianlar kimi bərabər hüquqların verməsi ilə nəticələnə biləcək?

Sözügedən qanun vətəndaşlıq haqqında olduğundan, birbaşa olaraq BMT-nin İnsan Hüquqları Konvensiyasından kənarda qalır. Düşünürəm ki, burada müstəqillik hərəkatının qurucusu olan Hindistanı və mövcud rejimi bir-birindən ayırmaq lazımdır. BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyası zamanı iştirak etdiyim iclasda qanunun əslində humanitar bir tərəfinin olduğu, həmçinin qeyd olunan ölkələrdən gələnlər arasında çox az sayda müsəlmanın olduğu bildirildi. Qanunla müsəlman mühacirlər Hindistan vətəndaşlığını 11-12 il, digər dini qruplar isə 6 il ölkədə yaşadıqdan sonra əldə edə bilərlər. Xatırlamaq lazımdır ki, bu gün Hindistanda nəinki məscidlər, həm də kilsələr yandırılır. Eyni zamanda xristian qaçqınlara verilən qanuni imtiyaz onları ifrat sağçı hinduların hücumlarından qorumur. İnanmaq istəyirəm ki, Hindistanda 1947-ci ildə Qandi və Nehru tərəfindən qurulan dünyəvi sekulyar dövlət ənənəsi qalib gələcək. Bəzən özünü tanımayan bir neçə bürokrat qanun hazırlayır və dövlət öz vətəndaşlarından gözlənilməz reaksiyalar alır. Daha sonra dövlət bunu qürur məsələsinə çevirir və səhvində israr etməyə məcbur olur. Çünki qərarından dönsə, etirazçılara qarşı nüfuzunu itirəcəyinə inanır. İnanıram ki, zaman problemi həll edəcək. Sağçı iqtidar, hakimiyyətdəki imicini seçicilərinə qarşı güclü göstərmək üçün hələ mövcud olan bütün vaxtdan istifadə edəcək və sonra bu qanunu ləğv edəcək.

 

Müəllif: Təbriz ABBASOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı