Vladimir Kopçak: Saakaşvilinin Ukraynada yeni təyinatı Motivlər, paradokslar, yüksək gözləntilər

Müsahibələr 17:41 15.05.2020

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yenidən Ukraynanın siyasi gündəmindədir. Mayın 7-də Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilini Ukrayna Milli İslahat Şurası İcra Komitəsinin sədri təyin etdi. Ukrayna Ordu Tədqiqatı, Dönüşüm və Tərksilah Mərkəzinin Cənubi Qafqaz şöbəsinin müdiri Vladimir Kopçak, Saakaşvilinin yeni təyinatının motivlərini EDNews.net-ə şərh edib.

- Zelenski niyə Saakaşvilini seçdi?

- Vladimir Zelenski, Ukraynanın Prezidenti olanda dərhal Saakaşvilinin Ukrayna vətəndaşlığını özünə qaytardı. Bu, Saakaşvilinin Ukraynaya qayıtmasına imkan yaratdı. Bu Zelenski tərəfindən seçki vədinin yerinə yetirilməsinə bənzəyirdi. Xatırladım ki, prezident seçkiləri zamanı Saakaşvili Poroşenkoya qarşı mübarizədə Zelenskini fəal şəkildə dəstəkləyib. Poroşenko Saakaşvilini Ukrayna siyasətinə gətirmiş, ancaq bu uğursuzluqla nəticələnmişdi. Lakin düşünürəm ki, Saakaşvili kimi böyük siyasətçinin uzun müddət boş oturacağına və ya yalnız siyasi şoular zamanı hakimiyyətin siyasi rəqibləri ilə hesablaşmasında istifadə olunacağına inanmaq sadəlövhlük olardı. Aydın məsələdir ki, Zelenskinin əvvəldən Saakaşvili ilə bağlı fikirləri olub və indi onu Milli İslahat Şurası İcra Komitəsinin rəhbəri vəzifəsinə təyin edib.

- Zelenski riskə gedirmi? Əlbəttə. Lakin bu düşünülmüş qərardır. Məsələn, Saakaşvili hakim "Xalqın xidmətçisi" partiyasının üzvü olmayıb, son anda hökumətdəki islahatlar üzrə baş nazirin müavini vəzifəsini ala bilmədi. Mənə elə gəlir ki, Zelenski sələfinin və indi əsas siyasi rəqibinin təcrübəsini nəzərə aldı. Razıyam, vəziyyət bir növ dejavu kimi görünür. Ümid edək ki, eyni ssenari təkrarlanmayacaq. Çünki bu variant da mümkündür.

- Sizcə, Zelenski Avropa Birliyindən daha çox kömək almaq və özünü həqiqi islahatçı kimi göstərmək istəyir?

- Beynəlxalq maliyyə qurumlarının köməyi təbii ki, səbəblərdən biridir. Çəkinməli bir şey yoxdur. Dünya iqtisadiyyatının dərin böhranı ilə müşayiət olunan pandemiyadan sonrakı dövrdə iqtisadi cəhətdən daha davamlı bir çox ölkələrin belə dəstəyə ehtiyacı olacaq. Beləliklə, Saakaşvili özü və ya daha doğrusu, məqsədi üçün bəzi əlavə mənbələr (qrantlar, kreditlər, investisiyalar və s.) cəlb edə biləcəksə, bu artıq müəyyən nəticə sayıla bilər.

V. Zelenskinin motivlərinə gəlincə, mən inanıram ki, o, nəinki özünü əsl islahatçı kimi göstərmək istəyir, bunu həm də reallaşdırmağa çalışır. Onun səmimiyyətinə şübhə yoxdur. Bir şeyi istəməklə onu realizə etmək fərqli şeylərdir. Hələ ki, müxtəlif vəzifələrə insanların peşəkarlığına görə deyil, sədaqət, seçki kampaniyasının “sponsorları” qarşısında öhdəliklər və s. əsasında təyin edildiyini görürük. 

Saakaşvili bunları dəyişə bilərmi? Şübhə edirəm. Saakaşvilinin sadəcə buna səlahiyyəti çatmır.

- Əlbəttə yox. Hər hansı bir gərginlik olduğunu düşünmürəm. Səfirin çağırılması ətrafında hər iki komandanın tərəfdarları tərəfindən müəyyən bir informasiya fonu yaradıldı. Heç kimə sirr deyil ki, uzun müddətdir Gürcüstandakı mövcud hakimiyyət üçün Mixeil Saakaşvili şəxsiyyəti zərərli sayılır. Gürcüstan çox qızğın   parlament seçkilərinə yaxınlaşır. Buna görə də, belə bir şəraitdə Tiflisdəki rəsmi orqanlar (öz növbəsində rəsmi Kiyev də), fiqurlu konkisürmə yarışlarında olduğu kimi, sadəcə proqramı yerinə yetirdilər.

- Gürcüstan və Ukrayna arasında münasibətlərin daha da gərginləşəcəyini gözləyirsiniz?

- Bu inanıb-inanmamaq məsələsi deyil. Xüsusi gözləntilərim yoxdur. Düşünürəm ki, islahatlara dair çox gurultulu və qətiyyətli bəyanatlar olacaq. İnformasiya baxımdan darıxdırıcı olmayacaq.

İslahatların həyata keçirilməsinə gəlincə, bu, bir insanın işi deyil. Açıqda qalan suallar çoxdur - İslahat Komitəsi öz ətrafında mütəxəssisləri cəmləyə, müxtəlif sahələrdə aşağıda göstərilən təşəbbüslərə əsaslanan çıxış yolları tapa biləcək ekspert qrupları yarada biləcəkmi? Bundan sonra bu qərarlar necə həyata keçiriləcək? Bu uzun müddətdir davam edən korrupsiya prinsiplərini pozmağa hazır bir sistemi, dövlət maşını, lider və komandasının siyasi iradəsindən asılıdır. Deməli, məsələ yalnız Saakaşvili ilə bağlı deyil, uğurları və ələlxüsus da uğursuzluqları onun üzərinə yıxmaq mümkün olmayacaq.

Lakin Saakaşvilinin məqsədini başa düşmək olar. Fikrimcə, o yenə də Gürcüstana yönəlib. Bəli, ora qayıtması barədə hələ söhbət getmir. Ancaq indi Ukrayna ilə nə qədər çox məşğul olarsa, Gürcüstanın siyasi həyatında səsi bir o qədər az çıxacaq  (bunu təsəvvür etmək çətindir amma yenə də) və bununla o yalnız paradoksal olsa da müxalifət partiyası olan “Vahid Milli Hərəkat”a kömək edə bilər. Ancaq burada islahatlara başlasa, Ukrayna və Gürcüstan bundan şübhəsiz faydalanacaqlar.

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı