Senatın qərarı Qarabağ probleminin həlli üzrə yola düşmüş qatara tullanma cəhdidir ekspert

Fransanın vacib bir oyunçu kimi münaqişəyə qarışmaq şansı yoxdur.

Müsahibələr 18:09 26.11.2020

Fransa Senatının, hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qərarı ilə bağlı tarix elmləri namizədi, IMEMO Post-Sovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin "Eurasia Diary"ə müsahibə verib.

O bildirib ki, Fransa və Türkiyə liderləri arasında siyasi və psixoloji planda olan qarşıdurma Senatın tövsiyə xarakterli qərar verməsinə olduqca ciddi təsir göstərib: “Bu qərar Qarabağın Fransa tərəfindən rəsmi olaraq müstəqil dövlət kimi tanınması anlamına gəlməsə də, qismən Makron və Ərdoğan arasındakı münasibəti əks etdirir. Digər tərəfdən, əlbəttə ki, bu Qarabağ probleminin həlli üzrə artıq yola düşmüş qatara tullanma cəhdidir. Əslində Fransa ATƏT-in Minsk Qrupunun üzvü olmasına baxmayaraq, indi əldə edilən bütün razılaşmalardan kənarda qalıb və Makron daim Fransanın danışıqlar prosesində daha aktiv iştirakçı olması gərəkdiyini bəyan edir. Bu həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ambisiyalarını elan etmək üçün nə isə etmək, digər tərəfdən Türkiyənin Azərbaycana dəstəyini görərək, Ermənistana hər hansı dəstəyi göstərməklə bunu kompensasiya etmək və təsirsiz hala gətirmək cəhdidir”.

Onun sözlərinə görə, Senatın bu tövsiyəsi bölgədəki qüvvələr balansına heç bir şəkildə təsir göstərməyəcək: “Yalnız Rusiyanın səyləri və Ermənistanla Azərbaycanın atəşkəs razılaşmasını imzalaması sayəsində bu altı həftəlik müharibəni dayandırmaq mümkün oldu və bunun uzunmüddətli perspektivdə həyata keçiriləcəyi ümid olunur. Aydındır ki, Fransanın vacib bir oyunçu kimi münaqişəyə qarışmaq şansı yoxdur”.

Dağlıq Qarabağın müstəqilliyinin Fransa hökuməti tərəfindən gələcəkdə tanınma təhlükəsi barədə danışarkən ekspert hesab edir ki, Azərbaycanın və Türkiyənin qətiyyətli hərəkəti və bəyanatı buna ciddi təsir göstərəcək, çünki Azərbaycanda Fransa biznesi təmsil olunur və fəaliyyət göstərir: “Total şirkəti Xəzər dənizindəki bir çox iri layihələrin iştirakçısıdır. Ona görə də burada Azərbaycan üçün, xüsusilə müqavilələrin imzalanmasından və hər iki tərəfin atəşkəsə dair öhdəliklər götürməsindən sonra Fransa tərəfinin bu addımının qəbuledilməz olduğunu müstəqil şəkildə göstərməsi vacibdir. Makronun bunu edəcəyi ehtimalı var, amma bu ehtimal bir o qədər də yüksək deyil, çünki bir ölkənin tanınması daha ciddi oyunçuların iştirak etdiyi hadisələrin gedişatına təsir göstərə bilməz”.

S. Pritçin qeyd edib ki, ATƏT-in Minsk Qrupunun hazırki formatda gələcəkdə mövcudluğu ilə bağlı çoxlu suallar var: “İndi əsas yük sülhməramlıların timsalında Rusiyanın üzərindədir və o qarant kimi çıxış edir. ATƏT-in Minsk Qrupu, müəyyən mənada, Dağlıq Qarabağdakı gələcək vəziyyəti və humanitar məsələlərin həllini tənzimləyəcək müqavilənin formatlanmasına töhfə verə bilər. Ancaq razılaşmadan sonra bu qərarı hansısa şəkildə legitimləşdirmək və detallarını işləmək üçün Minsk Qrupunun aktivləşdiyini görmədik. Bunu görə, hazırda Minsk qrupunun gələcəyi barədə danışmaq hələ tezdir. Minsk Qrupunun gələcəyinin hələ bəlli olmadığı bir vəziyyətdə, Fransanın taleyi daha müəmmalıdır. Fransa birmənalı olaraq indiki məqamda Ermənistanın tərəfini tutub və bu, münaqişənin həlli üzrə danışıqlar qrupunun üzvünün statusuna nə dərəcədə uyğun olduğunu və qərarlarının nə qədər qanuni olduğunu böyük sual altında qoyur", deyə S. Pritçin bildirib.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı