Rusiya sülhməramlılarının mövqe sərgiləməsi və ya hər hansı mesajlar verməsi yolverilməzdir Ekspert

Müsahibələr 17:49 02.01.2021

Eurasa Diary Qarabağda baş verən təxribat hadisələri və sülhməramlıların fəaliyyəti, eyni zamanda hərbi əsirlərin mübadiləsi ilə bağlı politoloq Qalib Məmmədovdan müsahibə alıb.

Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqları ilə ümumi mübarizədə bölgədə təhlükəsizliyin təminatçısı kimi çıxış edən Rusiya sülhməramlılarının üzərinə hansı öhdəlik düşür?

Rusiya sülhməramlıları imzalanmış bəyannamənin tələblərinə əsasən, Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının bölgədən çıxarılmasının təminatçısıdır və buna nail olmaq üçün lazım gələrsə güc təеbiq etməlidir. Lakin, bir sıra epizodik hadisələr Rusiya sülhməramlılarının bilərəkdən və ya sifarişli xoşagəlməz hərəkətlərə yol verdiyini göstərir. Məsələn, qondarma rejimin bayrağı ilə şəkil çəkdirilməsi və ya bu qəbildən olan digər siyasi korrekt olmayan hərəkətlərə yol verilməsi həmin kontingentin nüfuzuna ziyan vuran amillərdir. Sülhməramlılar unutmamalıdırlar ki, onlar sülhün qorunması üçün cəlb edilmişdir, erməni xalqının qorunması üçün deyil. Rusiya dövləti belə epizodik xoşagəlməz hallara ciddi reaksiya göstərməli və regionda partizanlıq və terrorçuluq edən erməni silahlı qüvvələrini zərərsizləşdirməklə məşğul olmalıdır. Rusiya sülhməramlılarının mövqe sərgiləməsi və ya hər hansı mesajlar verməsi yolverilməzdir.

Xocavənddəki hücumun Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ərəfəsində baş verməsini necə izah etmək olar? Türkiyə tərəfdən, Monitorinq Mərkəzi çərçivəsində qanunsuz erməni silahlılarının zərərsizləşdirilməsi üçün qabaqlayıcı tədbirlər görülə bilərmi?

Hesab edirəm ki, həmin hücumlar Ermənistanda müəyyən klanların sifarişi ilə baş verir və əsas məqsəd hazırda Ermənistanın mənafeyinə uyğun olmayan status-kvonu dəyişməkdir. Lakin bu məqsədin görünən tərəfidir. Belə ki, məqsədin görünməyən tərəfi isə qeyd olunan bəyanatla razılaşmamaqla, Ermənistanın hazırki hakimiyyətini xəyanətkar kimi qələmə vermək və hakimiyyət çevrilişinə cəhddir. Həmin hücumu həm də Türkiyənin Monitorinq Mərkəzi çərçivəsində fəaliyyətinə qarşı bir təxribat kimi qiymətləndirmək olar. Bununla Ermənistandakı bir sıra dairələr mövcud vəziyyətlə barışmadıqları mesajını verirlər. Türkiyənin hazırki rolunu nəzərə alsaq, hazırda potensial təxribatın qabağını almaq üçün Türkiyə tərəfi qabaqlayıcı tədbirlər planı təqdim edə bilər. Lakin, hazırda Türkiyə silahlı qüvvələri tərəfindən birbaşa əməliyyatların həyata keçirilməsi nəzərdə tutulmur. Lakin təxribatlar artarsa və Türk hərbiçilərinin həyatına hər hansı bir təhlükə yaranarsa, Türkiyə tərəfindən gələcəkdə anti-terror əməliyyatları keçirilməklə həmin silahlıların zərərsizləşdirilməsi istisna edilmir.

Əsirlərin sonuncu dəfə mübadiləsi zamanı Rusiya və BQX komitəsinin vasitəçiliyi ilə Azərbaycana 2, Ermənistana isə 4 hərbi əsir qaytarıldı. Bundan öncə isə Azərbaycana 12 nəfər, Ermənistana isə 44 hərbi əsir qaytarılmışdı. Ermənistana qaytarılan əsirlərin sayının iki dəfə artıq olmasının səbəbi nədir? Bu mənada beynəlxalq hüquqda hərbi əsirlərin mübadiləsi hansı prinsip üzrə həyata keçirilir? Həmçinin “hamının hamıya” prinsipini izah edərdiniz.

Ermənistana qaytarılan əsirlərin sayının Azərbaycana qaytarılan əsirlərin sayından dəfələrlə çox olmasının 2 əsas səbəbi ola bilər. Birinci səbəb o ola bilər ki, Ermənistan tərəfi məğlub tərəf kimi daha çox əsir vermişdir. Onların qaçıb qoyduqları hərbi texnikanın və postların sayına baxsaq, əsirlərinin sayının da, dəfələrlə çox olması təəcüblü deyildir. Digər səbəb isə Ermənistan tərəfinin öz ənənəsinə uyğun olaraq, beynəlxalq hüququ heçə sayaraq əsirləri qətlə yetirməsi və ya geri qaytarmaması ola bilər. Azərbaycan tərəfinin qaytardığı əsirlərin sayının çox olması bir daha sübut edir ki, Azərbaycan nəinki müharibə çərçivəsində, eləcə də, müharibədən sonrakı siyasi fəaliyyətini beynəlxalq hüququn tələblərinə uyğun həyata keçirir. Tərəflər hərbi əsirlərin “hamının hamıya” prinsipi ilə azad edilməsinə razılıq vermişlər. Bu prinsipin əsas mənası ondan ibarətdir ki, hər iki tərəf eyni anda bütün hərbi əsirləri azad edir. Lakin, Ermənistan tərəfinin bu prinsipə riayət etməsi onlar tərəfindən qaytarılan hərbi əsirlərin say fərqi nəzərə alındıqda şübhə doğurur.

09 Noyabr bəyannaməsinə qədər və ondan sonra (anti-terror əməliyyatı nəticəsində) əsir düşən erməni hərbiçilərinə münasibətdə hüquqi cəhətdən hansısa fərq qoyulurmu?

Bu məsələdə onlar arasında çox böyük hüquqi fərq qoyulur və hüquqi olaraq fərqli qiymətləndirilməlidir. Əgər 09 noyabr bəyannaməsinə gədər hərbi birləşmələr Ermənistan Silahlı qüvvələri kimi nəzərə alınmalıdırsa, 09 noyabr bəyannaməsindən sonra isə onlar terrorist qruplar kimi qiymətləndirilməlidirlər. Belə ki, Ermənistan höküməti öz mövqeyini bildirmiş və atəşkəsə razı olmuşdur. Əgər hər hansı bir təxribatlar törədilirsə, deməli bunu törədənlər cinayətkar və terorçu qruplardır. Onlar hərbi əsir kimi geri qaytarılmamalı, əksinə onlara qarşı Azərbaycan Respublikasının ərazisində cinayət törətdiklərinə görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfinən cinayət işi açmalı və onların müqəddəratı Azərbaycan Respublikasının Məhkəmələri tərəfindən həll edilməlidir.

Qarabağdakı qeyri-stabil vəziyyət rus sulhməramlılarının sayının artmasına və ya türk sülhməramlılarının bölgəyə gəlişinə səbəb ola bilərmi? Azərbaycan hansı seçimi etməlidir?

Qarabağdakı qeyri-stabil vəziyyət rus sülhməramlılarının sayının artması ilə nəticələnərsə, balans pozula bilər. Belə ki, bəzi sülhməramlı əsgərlərin protokoldan kənar, siyasi mesajlar verməsi ondan xəbər verir ki, Azərbaycan dövləti bu məsələdə ayıq-sayıq olmalıdır. Hesab edirəm ki, qeyri-stabil vəziyyət rus sülhməramlılarının sayının artırılması hesabına deyil, Azərbaycan, Rusiya və Türkiyə arasında bağlanacaq saziş əsasında türk sülhməramlılarının da cəlb edilməsi hesabına həll edilməlidir. Əgər türk sülhməramlılarının gəlməsi Ermənistan üçün təhlükə hesab edilərsə və tərəflər razılığa gələ bilməzsə, Azərbaycanın seçimi rus sülhməramlılarının artırılması əvəzinə, neytral ölkənin sülhməramlılarının cəlb edilməsi hesabına baş verə bilər. Əgər qeyri-stabil vəziyyət öz həllini tapmasa, Azərbaycan dövləti stabilliyi yaratmağa tamamilə qadirdir. İstənilən təxribat əsas verir ki, Azərbaycanın Ali Baş Komandanının əmri ilə Azərbaycan ordusu uğurlu anti-terror əməliyyatı keçirsin və öz torpaqlarında stabilliyi bərpa etsin.

Hal-hazırda münaqişənin həlli istiqamətində hərbi mərhələdən sonra hansı ardıcıllıq müşahidə oluna bilər və indiki məqam üçün ən vacibi hansıdır? (məcburi köçkünlər, danışıqlar, status müzakirəsi)

Hesab edirəm ki, indiki anda ən vacib məsələ Xankəndi, Xocalı və Xocavənd də daxil olmaqla işğaldan azad edilmiş Azərbaycanın bütün yaşayış məntəqələrində infrastrukturun yaradılması və məcburi köçkünlərin öz torpaqlarına geri göndərilməsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Qarabağı cənnətə çevirəcəyik” sözləri altında yatan böyük yaradıcı planı həmin regionda canlanma yaradacaq və stabilliyin yaranmasına səbəb olacaqdır. Həmçinin ermənilərin demoqrafik üstünlüyə malik olduğu şəhər və qəsəbələrdə demoqrafik üstünlüyə malik olmaq lazımdır. Həmin yerlər cənnətə çevrildiyində nəinki Qarabağ qeydiyyatlı Azərbaycan vətəndaşları, eləcə də, digər bölgələrdə qeydiyyatda olan insanlar da, Qarabağda yaşamağa can atacaqlar. Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi və bundan sonrası “yumşaq güc” (iqtisadi planların, elmin, texnikanın, infrastrukturun hesabına) tətbiq etməklə Qarabağın ən böyük şəhərindən ən kiçik kəndlərinə qədər hər bir nöqtəsində demoqrafik üstünlük qazanmalı və uğurlarımızın davamını gətirməliyik.

Müzakirələrə gəldikdə isə, biz status müzakirəsi etməyəcəyik, çünki Prezidentimizin bildirdiyi kimi status artıq yoxdur və müzakirə mövzusu da deyil. Xankəndinin statusu Tərtərin və başqa Azərbaycan şəhərlərinin statusundan fərqlənmir. Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa etmişdir və artıq hər hansı bir danışığa və ya hansısa bir ərazinin statusunun müzakirə edilməsinə yer qalmayıb. Danışıqlar ancaq gələcək iqtisadi planlamaya, əməkdaşlığa və regional layihələrin reallaşmasına istiqamətlənə bilər ki, Ermənistan da bu layihələrin tərkib hissəsi ola bilər. Lakin bunun üçün Ermənistan öz işğalçı siyasətindən əl çəkməli və öz qonşuları ilə münasibətlərini yaxşılaşdırmalıdır.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı