YAŞAT Fondunun təşəbbüsü və İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsrailli oftalmoloqlardan ibarət nümayəndə heyəti tibbi və humanitar yardım göstərmək üçün Azərbaycana səfər edib.
Səkkiz nəfərdən ibarət tibbi briqada İkinci Qarabağ müharibəsi yaralı iştirakçılarının müalicəsi üçün Azərbaycana uçublar. Həkimlər müayinələr aparır və döyüş əməliyyatlarında iştirak nəticəsində görmə problemi olan hərbi qulluqçuları əməliyyat edirlər.
İsrailli mütəxəssislərin paytaxt Bakıda olduqları beş gün ərzində 132 Qarabağ müharibəsi qazisini müayinə etdiyi, onlardan beşinin artıq uğurla əməliyyat olunduğu, iyirmi səkkiz qaziyə göz protezlərinin qoyulduğu qeyd olunur. Yaxın bir neçə gündə də əməliyyatlar planlaşdırılır.
Daha ətraflı videoda:
Cəmilə Çebotareva