Rusiya Qarabağı tərk etməyə hazırlaşmır Ekspert

Müsahibələr 17:52 06.03.2021

Rusiyanın imperialist və ekspansionist ideologiyasının qatı tərəfdarlarından biri olan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin onlayn brifinq zamanı yenidən radikal fikirlər səsləndirib.

Zatulin, müsahibənin əvvəlində ölkəsinin də hamilik etdiyi ermənilərin çağırışlarına cavab verərək deyib ki, Rusiyanın Qarabağı ilhaq etmək planı yoxdur və bu yalnız fantaziyadır. Bununla himayədarına həddindən artıq güvənən  erməniləri məyus edib. Ancaq o, əlavə edib ki, buna baxmayaraq, Rusiyanın Qarabağdakı varlığı artıb. Bu fikrinə isə Qarabağda rus dilinin də dövlət dili olması ehtimalını əsas gətirib. Həmçinin, tezliklə Rusiyanın Qarabağda böyük humanitar layihə həyata keçirmək niyyətində olduğunu da qeyd edib.

Daha sonra rus siyasətçi Rusiya imperializminin əsl simasını ortaya qoyub. O, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın rus sülhməramlılarının Qarabağda qalması üçün beş illik müddəti nəzərdə tutmasına baxmayaraq, Rusiyanın Qarabağa həmişəlik gəldiyini düşünür. Bundan əlavə, Zatulin hesab edir ki, yaxın illərdə Ermənistanın Sünik bölgəsində rus qruplaşmasını gücləndirmək lazımdır.

Zatulinin açıqlaması və Kremlin Qarabağ münaqişəsini tənzimləmək məntiqi barədə Ukrayna Ordu Tədqiqatı, Dönüşüm və Tərksilah Mərkəzinin Cənubi Qafqaz şöbəsinin müdiri Vladimir Kopçak Eurasia Diary-yə müsahibə verib:

- Cənab Kopçak, sizcə, Qarabağda uzunmüddətli qalmaqla Rusiya nə qazanacaq?

- Sualınızdakı əsas söz "uzunmüddətli"dir. Həm də unutmayaq ki, söhbət Rusiyanın Azərbaycan ərazisindəki məhz hərbi varlığından gedir. Kremlin məntiqi ilə Qarabağa edilən hərbi müdaxilə bir sıra vəzifələri yerinə yetirir. Bu, ilk növbədə həm Bakı, həm də İrəvan üçün ikitərəfi də kəsən "sülhməramlı qarmağıdır". Bura həm də Cənubi Qafqazda hərbi təsirinin artması, bölgəni tamamilə öz maraq dairəsinə çevirməsi, Qarabağ ətrafında yeni status-kvodan sonra, yeni başladılan nəqliyyat və logistika layihələrinə bundan sonra nəzarət etmək daxildir. Rusiya, indiki vəziyyətində, hər hansı müsbət inteqrasiya gündəliyi təklif etmək iqtidarında deyil. Bu səbəbdən yerdə yalnız güc, hərbi, de-fakto işğal komponenti qalır. Bu, təkrar edirəm, Kremlin məntiqi ilə belədir. Bu məntiqi anlamaq, buludlarda uçmamağı, yeni çağırışlar və risklər sistemini ayıq şəkildə qiymətləndirməyi və buna görə minimuma endirmə və qarşılıqlı təsir göstərmək üçün sağlam vasitə hazırlamağa imkan verir. Bu, yalnız Azərbaycana aid deyil ...

- Necə düşünürsünüz, Zatulinin açıqlamalarına - Rusiyanın Qarabağdakı varlığı barədə son açıqlamalarına və ümumiyyətlə, Kremlin iradəsi kimi baxa bilərikmi?

- O, çox şey barədə danışır. Məsələ burasındadır ki, Zatulin kimilərinin qavramasında, burada və indi nə deməklərindən asılı olmayaraq, Azərbaycan, Ermənistan və ya Gürcüstan subyekt olaraq mövcud deyillər. İmperiya şüurlarında onlar üçün qəti şəkildə "Zaqafqaziya"sınız və ayrı-ayrılıqda yalnız vassallar və ya hücum hədəfləri kimi maraqlısınız. Qarabağ ətrafındakı informasiya sahəsində Kreml tərəfindən yaradılan və nəzarət edilən informasiya zibilliyi var və burada Zatulin və onun kimilərinə Ermənistanın tərəfində oynayaraq situasiyadan asılı olaraq Azərbaycanı "dişləmələri" tapşırılır və ya icazə veriliir. Buna paralel olaraq digər informasiya qrupu “azərbaycanpərəst” yayımcılar kimi fəaliyyət göstərir, amma onlar da Kremlin aləti kimidirlər, lakin azərbaycanlı auditoriyanın ürəyini isidən təmamilə digərinə əks fikirlər səsləndirirlər. Bu yayımçıların hamısı sizə yaxşı tanışdır, digər düşərgə hərəkətə keçəndə və zahirən Kremlin xətti ilə gedən düşərgəyə qəzəbli olarkən bunlardan həvəslə sitat gətirirsiniz. Bu, istehlakçı üçün məlumat xaosu və məyusluq yaratmaq məqsədilə qurulmuş sübut olunmuş bir strategiyadır. Əslində yeni heç nə yoxdur.

Söhbət Zatulindən gedirsə - o, sizdə “ermənipərəst” kimi qeyd olunur. Ancaq bu həddindən artıq sadələşdirilmiş və aldadıcıdır. Xatırlatmaq istərdim ki, 2018-ci ilin aprelində o və digər bir neçə rus sərnişini Yerevandan az qala qovulmuşdu. Həmin vaxt o "Qazprom"a işləyirdi. Və onu yalnız Nikol Paşinyanın adamları yox, siravi ermənilər də qovmuşdu. Bu gün, ermənilərin daxili böhranında, o, öz marginal “Lazarevskoye Klubu” ilə müxalifətdə oynayır və Kremlin oliqarx-güc qruplarından birinə işləyən keçmiş prezident Robert Koçaryanın resurlarından istifadə edir. Bu, R.Koçaryanın revanşına çox da kömək etmir, əksinə. Ancaq bütün bu hərəkətlər nə Ermənistanla, nə də Azərbaycanla əlaqəlidir ...

- Bəs Rusiya Qarabağdakı varlığını başqa hansı yolla artıra bilər?

- Faktiki olaraq, Qarabağdakı yeni hərbi baza Moskvanın manevr etməsi üçün ciddi bir meydan açır. Söhbət yalnız kontingentin heyətində və ya silahlanmasındakı artımdan getmir, baxmayaraq ki, bu seçim də var. Kreml informasiya sahəsində sınaqlar edir, məsələn, Qarabağda rus pasportlarının paylanması, ikinci "rəsmi" (və Zatulinin məntiqində - "dövlət") dil olaraq rus dili və öz himayəsi altında "dövlət quruculuğunun" digər aspektləri bura aiddir. Bunun fərqli marginallıq səviyyəsində olan “mütəxəssislər” və ya yerli marionetkalar tərəfindən şişirdildiyi heç kimi çaşdırmasın.

İndiki məntiqinə görə, Rusiya imzalanmış beş illik müddət bitdikdən sonra Qarabağı tərk etməyə hazırlaşmır. Bu aydındır. Ancaq Kreml üçn şərtləri dəyişdirmək Azərbaycan və müttəfiqlərinin qarşısında duran vəzifədir. Hisslərim onu deyir ki, Bakı bunu başa düşür və indidən hazırlaşır.

- Rusiyanın Qarabağda qalma planları Qərb və regional oyunçular tərəfindən necə qarşılanacaq?

- Bu məsələni bu söhbətdə əhatə etmək mümkün deyil. Qərb çoxşaxəlidir və elə həmin Türkiyənin (Bakının müttəfiqi olaraq) və ya İranın strategiyaları ayrı bir dissertasiya mövzusudur. Yalnız onu qeyd edim ki, Azərbaycan rəsmi şəkildə "sülhməramlıları" könüllü olaraq ərazisinə dəvət edib. Türkiyənin nəzarəti altında olsa belə. Bakının mövqeyinin zəifliyi də, güclü olması da bununla bağlıdır. Bir tərəfdən, eskalasiya ssenarisində beynəlxalq birliyə müraciət etmək daha çətin olacaq. Eyni zamanda, vəziyyət, şübhəsiz ki, "44 günlük müharibə"dəki hərbi qələbədən sonra Bakının böyüyən subyektivliyi ilə məhdudlaşacaq. Qətiyyətli mövqeyə malik olarsa müttəfiqlər də kömək edəcək və pis niyyətli tərəfin alovundan qoruyacaqlar.

Gülnar Səlimova    

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı