Prezidentin köməkçisi Hikmət Hacıyev litvalı jurnalistə müsahibə verib

Müsahibələr 13:04 02.04.2021

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə bir qrup litvalı jurnalist işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Eurasia Diary xəbər verir ki, qrupa tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaitis, eləcə də Arunas Sartanaviçius və Mantas Bartasaviçius daxildir.

Litvalı jurnalistlər BAMF prezidenti Umud Mirzəyevin müşayiəti ilə Tərtər, Ağdam, Füzuli və Cəbrayılda dağıdılmış tarixi-mədəni abidələri ziyarət edib, erməni təcavüzünün dəhşətli nəticələrinin şahidi olublar.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev litvalı jurnalistləri qəbul edib. O, Riçardas Lapaitisə müsahibə verib.

Eurasia Diary müsahibəni təqdim edir: 

Salam hörmətli Hikmət müəllim. İlk növbədə bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm. İkincisi, mən Azərbaycan xalqını, Azərbaycanın Ali Baş komandanı Prezident İlham Əliyevi möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Bütün dünya azadlıq müharibəsini çox diqqətlə izləyirdi. Bütün sağlam düşüncəli insanlar Azərbaycanı dəstəkləyirdi və müharibənin tez bir zamanda daha az itkilərlə bitməsini istəyirdilər. İlk sualım budur ki, Azərbaycan işğaldan yeni azad olunmuş ərazilərdə nə ilə qarşılaşdı?

- İlk növbədə Azərbaycana gəlişiniz və təbrik mesajlarınız üçün sizə təşəkkür edirəm.

Əlbəttə bu torpaqları 30 ildən çox düşmən tapdağı altında qalan Azərbaycanın onu artıq azad etdiyini sübut etmək üçün bir şərəf və ləyaqət məsələsi idi. Qeyd edim ki, Azərbaycan tərəfi bu müharibəyə təhrik olunub və ilk olaraq bu addım Ermənistan tərəfindən atılıb. Ümumiyyətlə bu, Ermənistanın Azərbaycan ərazilərini işğal etmək və Azərbaycana qarşı etnik təmizləmə məqsədi daşıyırdı. Və nəhayət, sadəcə öz doğma yurdlarına dönmək istəyənlərin 30 illik vətən həsrəti bitdi. 44 gün sürən sülhsevər hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfi zorla Ermənistanı sülhə çağırdı və öz işğal olunan torpaqlarını azad etdi. Lakin təəssüf hissi ilə demək istəyirəm ki, itirilən torpaqların azadlığı uğrunda gedən əməliyyatlar zamanı ermənilər tərəfindən həyata keçirilən ərazilərin yandırılması əməliyyatına şahid olduq. Onlar işğal etdikləri bütün əraziləri alt-üst etmişdilər. Biz bilirik ki, ermənilər Azərbaycanın tarixi-mədəni irsini məhv etməyə cəhd göstərib. Lakin bu cür dağıntılar və ərazilərə qarşı soyqırımı cəhdinə heç zaman rast gəlmədik və bunu xəyal belə etmirdik. Sanki ermənilər həmin ərazilərdə, Azərbaycanın vaxtilə gözəl şəhəri olan Ağdamda nüvə raketləri partladıb. İndi oranı Qafqazın Xerosiması da adlandırmaq olar. Biz Füzulini işğaldan azad edərkən, orada salamat bir bina tapa bilmədik ki, Azərbaycan bağrağını ora sanca bilək. Bütün tikililər arasında Azərbaycanın tarixi-mədəni irsi də dağıdılıb məhv edilmişdi. Bu azmış kimi, ermənilər, həmçinin həmin ərazilərdə ekoloji soyqırımı da həyata keçirmişdilər. Azərbaycanın eko sistemi olan meşələr, təbii sərvətlər talan edilmiş və yandırılmışdı. Burada bir sual meydana gəlir: Bununla Ermənistan nəyə nail ola bildi?

Ümumiyyətlə ermənilərin törətdiyi barbarlıq və vandalizm ölçüyəgəlməzdir. Bəzən belə bir sual da verilir: Özünü dırnaqarası sivil ölkə sayan Ermənistan bu törətdiyi vəhşiliyə nə ilə bəraət qazandıra bilər!?

Azadlıq müharibəsindən və demək olar ki, 30 ildən çox sürən işğal, sizin də dediyiniz kimi vandalizm haqda danışarkən, münaqişə zonasından uzaqda olan Tərtər, Gəncə, Bərdə, Naftalanda yaşayan dinc əhali barədə danışmamaq olmur. Həmin şəhərlərə ən güclü müasir silahlardan istifadə edilərək hücumlar olunub. Bu barədə nə düşünürsünüz?

- Təəssüf hissi ilə deyim ki, mülki şəxslərin üzərinə hücum erməni hərbi birləşmələrinin strateji planının əsas hissəsidir və bu hər zaman belə olub. Biz buna, yəni ermənilərin mülki vətəndaşlarımızın üzərinə hucum edərək, onları qətlə yetirməsinə Birinci Qarabağ savaşında da şahid olmuşuq. O zaman Litvadan və digər ölkələrdən gələn beynəlxalq jurnalistlər Xocalıdakı ermənilər tərəfindən qəsdən törədilən soyqırımına şahid olublar. Həmin hadisələrdə bilavasitə erməni hərbi birləşmələri iştirak edirdi və dinc xalqı qorxudur və vəhşicəsinə qətlə yetirirdi. Bu gün də, İkinci Qarabağ müharibəsində buna şahid olduq ki, dinc xalqa qarşı qırğın törətmək ermənilərin hərbi doktrinalarına xas olan strateji plandır.

İkinci Qarabağ müharibəsi zamanı ermənilərə xəbərdarlıq edilməsi üçün biz Qırmızı Xaç Cəmiyyəti və ATƏT və digər beynəlxalq institutlara müraciətlər etdik. Döyüşlər zamanı Azərbaycanın kiçik şəhəri olan Tərtərin təkcə şəhər mərkəzi 2500-dən çox artilleriya zərbələrinə məruz qalıb. Biz Ermənistan tərəfinə sivil əhalini atəşə tutmağı durdurmaları üçün müraciətlər etdik. Təəsüüf ki, onlar buna məhəl qoymayaraq döyüş mövqeyindən kənar olan, dinc xalqın yaşadığı əraziləri hədəfə almağa davam etdilər. Və beləliklə öz hərbi strategiyasına sadiq olan ermənilər, həmin ərazilərdə qəsdən çox sayda dinc əhalinin ölümünə və bir çox dağıntılara səbəb oldular. Gördüyünüz kimi, metodlar dəyişsə də, strategiya eyni olaraq qalır. Burada sadəcə metod olaraq ermənilər ağır artilleriya və raket bombalardan istifadə edərək sivillərin ölümünə səbəb olub. Mən deyərdim ki, II Dünya Savaşından sonra bu ilk dəfədir ki, Avropa məkanında dinc əhalinin yaşadığı və dərin yuxu içində olan bir şəhərə ATƏT üzvü olan Ermənistan ballistik raket zərbələri endirilirdi. Onlar məhz bilərəkdən, gecənin bir aləmi, bəlli məkanlara Rusiya istehsalı olan Skud, Elbrus və s. ballistik raketlərdən iki dəfə dalbadal zərbələr endirdilər. Bu bombaların istifadəsinin qadağan olunduğunu və nə qədər təhlükəli olduğunu onlar yaxşı bilirdilər. Bundan əlavə, onlar Bərdəyə də kaset tipli bombalar atdılar. Həmin vaxt da onlar günün ən aktiv saatlarında, dinc əhalinin toplandığı məkana qəsdən kasetli bomba ataraq çox sayda insanın ölümünə səbəb oldu. Bir daha qeyd edim, bu ermənilərə xas olan eyni hərbi strategiyadır. Xocalıda adi silah idisə, burada sadəcə yeni metoddan istifadə edərək, ağır artilleriya və raket bombalardan istifadə edilirdi.

Bu müharibə cinayətidir və insanlığa qarşı törədilən ən dəhşətli cinayətdir. Azərbaycan tərəfi bütün bu faktları toplayıb, eləcə də beynəlxalq institutlar, Beynəlxalq Amnestiya və İnsan Hüquqlarının Müdafiəsi təşkilatları bu faktları müharibə zamanı ermənilər tərəfindən Azərbaycanın dinc xalqına qarşı törədilən cinayət faktı kimi artıq sənədləşdirib.  

Məlum olduğu kimi, Yuxarı və Aşağı Qarabağ və Azərbaycanın işğal olunmuş 7 rayonu dünyaya özünün mədəni irsi, arxitekturası ilə tanınır. Bilirsiniz ki, Qarabağda təkcə Azərbaycanın irsi deyil, həm də Qafqaz alban irsi, kilsələr və s. var. Mədəni irslə bağlı vəziyyət necədir? Yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə aid olan bu irs indi hansı vəziyyətdədir? Onları xilas etmək mümkündürmü?

- Təssüflər olsun ki, ermənilərin işğalçı hərbi əməliyyatları və yer üzünü yandırıb məhv etmələri Azərbaycanın tarixi-mədəni irsini də hədəfə alıb. Bu, həmçinin dünyanın dağıdılıb məhv edilmiş mədəni irsidir. Məlumdur ki, Qarabağ Azərbaycan mədəniyyəti və dini irsinin ən zəgin guşəsidir. Və bu mədəniyyəti və dini irsi (istər İslam, istərsə də xrtistianlıq dini olsun) qoruyub yaşatmaq Azərbaycanın öhdəliklərindən biridir. Şəkillərdən göründüyü kimi, ermənilər işğal dönəmində məscidlərimizi donuz və mal-qara axuruna çevirmişdilər. Bu tamamilə qəbuledilməzdir. Üstəlik, qədim albanlara aid xristian ortodoks kilsəsini darmadağın ediblər. Biz onu mədəni irsimiz kimi qoruyub saxlayırıq və tariximizlə qürur duyuruq. Və biz buna davam edirik. Belə ki, Qarabağda dağıdılmış həmin tikililəri biz yenidən bərpa edirik. Bu yaxınlarda mən UNESKO-nun rəhbərliyi ilə danışdım və onların nümayəndə heyətini həmin yerlərə dəvət etdim. Bir daha təəsüflə deyirəm ki, biz orada çox tikililəri bərpa edə bilmirik. Çünki onlar ermənilər tərəfindən tamamilə yerlə-yeksan edilib.

Xahiş edirəm deyərdiniz, Azərbaycan hökumətinin regiona investisiya qoyuluşu və gələcəyə dair planları nədən ibarətdir? Digər dövlətləri investisiya qoyuluşuna cəlb etmək istəyirsinizmi? Yaxın zamanda investisiya qoyuluşu gözlənilirmi? Yeni azad edilmiş ərazilərlə bağlı hansı planlar var?

- Hazırda dağıdılmış binalar və tikililərin yenidən bərpası Azərbaycan hökumətinin bir nömrəli prioritet öhdəliklərindən biridir. Eyni zamanda, bu tikinti işlərinin həyata keçirilməsində bir çox əngəllər var. Birinci əngəl, ermənilərin həmin ərazilərdə basdırdığı minalardır. Bildiyim qədər bu cür problemlə Baltikyanı ölkələr də II Dünya Müharibəsindən sonra üzləşib və bundan ciddi zərər görüb. Təəssüflə qeyd etməliyəm ki, ermənilər də işğal etdikləri ərazilərdən çıxarılarkən orada çox sayda minalar basdırıblar. Buna görə də tikinti işləri zamanı bizim üçün öndə duran vəzifə əraziləri minalardan təmizləməkdir. Çünki, bəzən dinc əhali həmin minaların qurbanı olur. 10 Noyabr üçtərəfli razılaşma sənədinin imzalanmasından bəri 20 nəfər azərbaycanlı mülki və hərbi vətəndaş minaya düşərək həyatını itirib və yüz nəfərdən çox adam xəsarət alıb. Bütün bunlara baxmayaraq, biz yenidənqurma işlərinə qətiyyətlə davam edirik və bu sahədə ciddi mina təmizlənməsi işlərini həyata keçiririk.

Bundan əlavə, şəhərqurma planları da artıq hazırdır və bu plana bir nəçə şəhərin layihəsi daxil edilib. Bütün bunlarla yanaşı, həmin şəhərlərin kommunikasiya və enerji, həmçinin nəqliyyat və dəmir yolu xətləri də plana daxil edilib və hazırda inşası davam edir. Ümid edirik ki, bu işlər daha da geniş məcrada davam etdiriləcək və tezliklə məcburi köçkünlərimiz öz yurdlarına geri dönə biləcəklər.

Litva ilə Azərbaycanı bir-birinə gözəl, diplomatik, iqtisadi və mədəni əlaqələr bağlayır. Bizim tariximizin dərin kökləri var. Bilirsiniz ki, bizi ümumi ağrımız birləşdirir. Çünki, Litva da Azərbaycanın tarixinə oxşar tale yaşayıb. Biz Pribaltika olaraq, sizin kimlə qarşılaşdığınızı digərlərindən daha yaxşı başa düşürük, ümumi vəziyyəti görürük. Litva özü bərpaetmə işlərində səylər göstərə bilər. Siz Azərbaycana böyük sevgi bəsləyən  Litva xalqına nə arzu edərdiniz?

- Azərbaycanda Litva xalqına və mədəniyyətinə hər zaman xüsusi hörmət və sevgi olub. Bu, həmçinin Litva və Azərbaycan xalqı arasındakı tarixi dostuğa da bağlıdır. Bundan əlavə, bizim diplomatik tarixi bağlılığımız yüz ili ötür. Qeyd edim ki, I Dünya Müharibəsindən sonra hər iki ölkə müstəqilliyini əldə etdi, lakin müəyyən səbəblərdən bir qədər sonra hər iki ölkə öz müstəqilliyini itirdi. Litva da Azərbaycan qədər işğal və müharibə acısını görüb və bunun fəsadlarından xəbərdardır. Litva xalqı hər zaman öz azadlığı uğrunda mübarizə aparıb. Məhz Azərbaycanda da baş verən müharibə ərazi bütövlüyü uğrunda gedən bir mübarizə idi. Və nəhayət, biz ərazilərimizin azadlığını əldə etdik.

Acı oxşarlıq olsa da, deyə bilərəm ki, Litva ilə Azərbaycanın bu cür mübarizəsinə oxşar tarixi var. İnanırıq ki, Litva ilə Azərbaycan bundan sonra da qarşılıqlı əlaqələri bütün sahələrdə inkişaf etdirəcək.

Təəssüf ki, müharibə zamanı Litvada konflikt haqda bəzi yalan məlumatlar və dezinformasiyalar yayılmağa başladı. Təhrif edilmiş bəzi yalan məlumatlar təbii ki, Litvada olan erməni lobbisinin təşəbbüsü ilə həyata keçirilirdi və bu xalqı çaşdırmaq üçün sosial mediada səsləndirlirdi. Lakin biz əminik ki, Litva xalqı dünyagörüşlü və savadlıdır və onlar haqq və ədalətin harada olduğunu gözəl ayırd edə bilirlər.

Litva və Azərbaycan əlaqələrinə gəldikdə, son zamanlar ölkədə “Pribaltika mağazası” adlanan yeni bir trend formalaşıb. Qeyd edim ki, həmin mağazada əsasən Litva məhsulları yer alır və həmin məhsullar bizdə brendə çevrilib. Həmin mağazada hər zaman izdiham var və reklam olunmasa belə hər bir məhsulun alıcı qabiliyyəti çox yüksəkdir. Bu da Azərbaycanda Litva xalqına olan xoş münasibətdən irəli gəlir. Biz Litvanın süd və ağartı məhsullarından geniş istifadə edirik. Qarşılıqlı münasibətlərimiz getdikcə daha da inkişaf edir. Lakin bu kifayət deyil. Biz bu münasibətləri hər bir sahədə genişləndirə bilərik, hətta Qarabağda gedən yenidənqurma işlərində belə. Bilirsiniz ki, biz orada hər şeyi sıfırdan qurmağa başlayırıq və bu prosesdə Litva həm texnologiya, həm kənd təsərrüfatı, həm də bir çox şirkətləri cəlb etməklə iştirak edə bilər. Biz bilirik ki, Litvanın ağıllı şəhərsalma layihəsində geniş təcrübəsi və investisiya potensialı var. Bu səbəbdən də gələcək əlaqələrimizdə Litvanın bu layihələrdə yer alacağına ümid edirik. Bununla biz həm ölkəmiz, həm də insanlarımız arasında sıx bağlılığa töhvə vermiş olacağıq.


Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı