Donbasda qarşıdurma Türkiyənin maraqlarına ziddir Ekspert

Müsahibələr 17:44 12.04.2021

Türkiyə və Ukrayna liderlərinin görüşü hərbi, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin mühüm bəyanatlarla yadda qaldı.

Türkiyə ilə Ukrayna 2023-cü ilə qədər prioritet investisiya layihəsi siyahısını təsdiqlədi. Bura infrastruktur, hava limanı və nəqliyyat kimi hərtərəfli layihələr daxildir. Enerji sahəsində əməkdaşlığa dair və iki ölkənin ortaq təyyarə istehsal edəcəyi barədə razılıq əldə edildi.

Hazırda dünyanın diqqət mərkəzində olan Donbasdakı vəziyyətlə bağlı isə Türkiyə Prezidenti diqqətçəkən bəyanat verdi. Rəcəb Tayyib Ərdoğan “Krım platforması” ideyasını dəstəklədiyini bildirdi: "Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır. Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik. Qara dəniz sülh dənizi olaraq qalmalıdır. Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik. Son zamanlar regionda gərginliyin artması arzuolunan deyil. Mövcud böhranın Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq hüququn tələbləri çərçivəsində sülh şəraitində və diplomatik yollarla həll olunmasının vacibliyinə inanırıq".

Bununla bağlı Türkiyəli politoloq Engin Özer Eurasia Diary-yə müsahibə verib. 

Engin ÖZER:Ankara,Afrikadaki güvenlik konseptini tamamen değiştirmeli –  KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

Türkiyə ilə Ukrayna arasında hərbi siyasi və iqtisadi əməkdaşlıq genişləndirilir. Türkiyə və Ukrayna yaxınlaşması Rusiyaya mesajdırmı?

- Xeyir. Bu Rusiyaya bir mesaj deyil. Türkiyə ətrafdakı bütün qonşu ölkələrlə azad ticarət müqaviləsi bağlamağa çalışır. Bu, Azərbaycan və Gürcüstan üçün də keçərlidir. Ukrayna da Qara dənizdə qonşusu olduğu üçün bu addımı atması normaldır. Türkiyənin Ukrayna ilə münasibətləri 1990-cı illərdən bəri inkişaf edir və bu yeni bir şey deyil. Hərbi sahədə irəliləyiş oldu. Bu da Türkiyənin hərbi sənayesinin inkişafı ilə bağlıdır. Türkiyənin daha öncə belə bir istehsalı olmadığı üçün belə razılaşmalar əldə olunmurdu. Dolayısı ilə türkiyə Qara dənizdə qonşu ölklələrlə münasibətlərini inkişaf etdirmək istəyir. Bu da onun strateji təhlükəsizliyi baxımından vacibdir.

Türkiyə Prezidenti R.T.Ərdoğan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Rusiyanın Krımı ilhaq etdiyini qəbul etmədiyini deyir. Rusiyanın buna münasibəti necədir?

- Heç bir ölkə Krımın referendumla Rusiya torpaqlarına qatılmasını tanımır. Türkiyə də bunu ilhaq olaraq dəyərləndirir. Belarus və Suriya Rusiyanın ən yaxın müttəfiqləridir. Nə üçün Krımın ilhaqını tanımırlar? Türkiyənin bunu tanımamasında qəribə heç nə yoxdur. Bu məsələdə Türkiyəni Rusiya mediasında da ittiham edirlər. Amma burada ittiham etməli olduqları ən son ölkə Türkiyədir. İlk növbədə niyə tanımırlar deyərək Qazaxıstan, Belarus, Ermənistan və Rusiyanın müttəfiqlərinə soruşmalıdırlar.

Türkiyə Qarabağ və Suriyadakı narahatlıqlarını Donbasla bağlı atacağı addımları ilə həll edə biləcəkmi?

- Türkiyə və Rusiyanın çox şaxələnmiş keçmiş bir əlaqələri var. Bəzi yerlərdə misal üçün, Qarabağda tərəfdaşlıq kimi görünsə də, Suriyada hər an qarşıdurmaya çevrilə bilir. Bunun həm də Liviya qolu var. Orada bilirsiniz ki, qeyri-rəsmi rus ünsürləri mövcuddur. Bu səbəbdən Türkiyə belə bir dördüncü cəbhəyə girmək istəməyə bilər. Çünki bu, Rusiya üçün qırmızı xətdir. Türkiyə əsgərləri istənilən halda baş verəcəyi gözlənilən qarşıdurmada iştirak etməyəcək. Hərbi məsləhətçilər səviyyəsində belə iştirak edəcəklərini hesab etmirəm. Türkiyə buraya müdaxilə edərsə digər bölgələri əlbəttə ki, təsir göstərər. Suriyadakı rusların Əsəd qoşunları vasitəsilə türk mövqelərini daha çox vurmasına səbəb olacaq. Türkiyə bunları görür və orada Türkiyənin olmayacağını düşünürəm.

Ərdoğanın Donbas və Qarabağla bağlı ritorikası oxşardır. Bu halda Donbasda Qarabağa ssenarisi mümkündürmü?

- Mənim fikrimcə, iki həftəyə orada qarşıdurma başlayacaq, lakin iri qarşıdurmaya çevriləcəyini düşünmürəm. Bu qarşıdurma başlayan kimi Rusiya oradakı respublikaların müstəqilliyini tanıyacaq. Ərdoğanın buradakı münasibəti məlumdur. Yəni Ərdoğan bölgədə qarşıdurma istəmirik deyir. Bu səbəbdən orada qarşıdurmanın olması Türkiyənin maraqlarına ziddir. Müharibənin Qara dənizə sıçraması Amerikanın oradakı gücünün də artmasına səbəb olacaq. Bilirsiniz ki, amerikalılar son vaxtlar Montre razılaşmasını pozmağa çalışırlar. Oradakı qarşıdurma artarsa Türkiyənin strateji maraqlarına uyğun olmayan vəziyyət yaranar.

Ukrayna Prezidenti V.Zelenski Türkiyə səfərindən sonra danışıqlar aparmaq üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Bu Türkiyənin tövsiyyəsi ilə atılmış addım ola bilərmi? Türkiyə, Rusiya ilə Ukrayna arasındakı konflikt üçün həll yolu tapa bilərmi və bunu hansı formada gerçəkləşdirə bilər?

- Türkiyənin vasitəçiliyi heç bir şey ifadə etmir. Türkiyə onu həll edəcək bir gücdə olan ölkə deyil.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı