Eurasia Diary ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza ilə eksklüziv video reportajı təqdim edir.
"ADA Universitetinin və AIM Prezident Mərkəzinin qonağı olmaq mənim üçün böyük şərəfdir. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın gələcəyini müzakirə etmək üçün bir araya gələcəyik. Bazar ertəsi günü Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəyik, çərşənbə axşamı ADA Universitetində cənab Prezident İlham Əliyevin, xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisinin - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə keçiriləcək görüşdə mən də iştirak edəcəm. Planlardan danışarkən qeyd etmək istərdim ki, hazırda fiber optiklə əlaqəli layihələrdə onlayn işləyirəm. Burada biznesin inkişafına kömək etmək istəyərdim. Bu, neft məhsullarının dağılmasına qarşı cavab tədbirləri və səriştəli təmizlənmə və s. ilə əlaqəli layihələrdir. Açığı, doğma Azərbaycanda bu bizneslə məşğul olmağı səbirsizliklə gözləyirəm", - Metyu Brayza deyib.