Lavrovun Qarabağ bəyanatı Qərbə qarşı hesablanmış açıqlamadır Ekspert

Müsahibələr 13:14 10.06.2021

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışında yenidən Qarabağın “statusu” məsələsinə toxunub. Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu ilə bağlı yekun razılığa gəlinməlidir. O, bildirib ki, gələcəkdə ATƏT-in Minsk Qrupunun iştirakı ilə status məsələsinə qayıdılmalıdır. İndiki mərhələdə isə Minsk Qrupu daha çox inamın möhkəmləndirilməsi, humanitar məsələlər, azərbaycanlılar və ermənilərin yenidən birgə yanaşı, birlikdə, təhlükəsizlikdə və iqtisadi rifah vəziyyətində yaşamasına kömək etməlidir. 

Azərbaycan Prezidenti İlham Əliyevin “artıq Dağlıq Qarabağ problemi həll olunub, heç bir statusdan söhbət gedə bilməz” deyə bəyanat verməsinə baxmayaraq, Rusiya XİN başçısının yenidən statusdan söz açması təəccüb doğurur. Anlaşılan odur ki, rəsmi Moskva hələ də öz oyunun oynayır və gələcəkdə də olsa, status məsələsini qaldıra biləcəyi ilə bağlı mesaj verir.

Belə çıxır ki, Rusiya status məsələsi ilə Azərbaycana təzyiq göstərmək və sonadək bundan kart-blanş kimi istifadə etmək niyyətindədir. Eyi zamanda, Lavrov “indiki mərhələdə status problemi qaldırılmamalıdır” deməklə hazırda hansısa gizli oyun oynayır.

Lavrovun bəyanatı ilə bağlı Eurasia Diary-yə danışan jurnalist Elçin Alıoğlu status məsələsinin Qərb dövlətlərinə verilmiş mesaj olduğunu bildirib: “Lavrov Qarabağın statusunun nə vaxt müzakirə olunacağını deməyib. Artıq “Dağlıq Qarabağ” söz birləşməsi yoxdur, nə “dağlıq” Qarabağ var, nə də “aran” Qarabağ. Sadəcə, işğaldan azad edilmiş Azərbaycan ərazisi olan Qarabağ var. Qarabağda çox kiçik ərazi-inzibati vahidləri var ki, onlar hələlik Rusiya sülhməramlılarının fəaliyyət-nəzarət dairəsindədir. Ona görə də, bütün hallarda Qarabağın statusu tarixə qovuşmuş bir anlamdır. Lavrov da bildirib ki, Qarabağın statusundan danışmaq çox tezdir. Bu saat gündəmdə əsas üç məsələ var. Birincisi: sərhədlərin delimitasiya və demarkasiyasının başa çatdırılması. Bu proses başa çatmadan nəqliyyat kommunikasiyalarının, infrastrukturun bərpası, yolların açılması və digər məsələlərin həlli mümkünsüzdür. İkincisi: Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edərək, Azərbaycan qanunları altında yaşaması. Qarabağdakı ermənilərin bu mənada iki seçimi var. Ya öz separatçı mövqelərini davam etdirərək, yaxın 4.5 il ərzində könüllü sürətdə blokada şəraitində yaşamaq, yaxud Azərbaycan vətəndaşları olduqlarını anlayaraq, Azərbaycanın qanunvericiliyinə tabe olub Azərbaycan vətəndaşı kimi yaşamaq”.

“Lavrovun bəyanatı əslində Qərbə qarşı hesablanmış açıqlamadır. Çünki Qərbin, xüsusilə də ABŞ Dövlət Departamentinin sözçülərinin son açıqlamaları Rusiyada gözlənilən qıcığı yarada bilib. Rusiya haqlı olaraq bildirir ki, Qarabağda savaşın başa çatmasında o, önəmli rol oynayıb. Əlbəttə ki, buna Türkiyə ilə birlikdə nail olub. Qarabağ münaqişəsindən geosiyasi dividentlər əldə edən ABŞ və Avropa Birliyi isə bu savaşın başa çatmasında əsas rol oynayan Rusiyanı və Türkiyəni bölgədən sıxışdırıb çıxarmağa çalışır. Rusiya Cənubi Qafqazdakı geostrateji təsir imkanlarını heç bir halda itirmək istəmir. Qərb isə tam əksinə, Rusiyanı bu roldan məhrum etməyə, ATƏT-in Minsk Qrupu formatında danışıqları davam etdirməyə, müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təzyiqlər göstərərək, prosesi əvvəlki məcraya qaytarmağa çalışır. Rusiya da buna təbii olaraq etiraz edir. Lavrovun sözügedən diplomatik qıcığı gerçəkdə Qərb dairələrinə qarşı yönəlib. Rusiya Qarabağdakı ermənilərə hər hansı statusun verilməsini qəti şəkildə istəmir. Çünki Zəngəzur dəhlizi bilavasitə Rusiyanın maraq dairəsində olan layihədir. Rusiya Azərbaycanın bölgədə logistik infrastruktur və beynəlxalq layihələr mərkəzi olduğunu yaxşı bilir” – deyə o, qeyd edib.

Alıoğlunun sözlərinə görə, Azərbaycanın gözlənilən layihələri daha da inkişaf etdirməsində, Rusiya ilə əlaqələri intensivləşdirməsində maraqlı olan rəsmi Moskva təbii ki, Bakını özünün strateji tərəfdaşı və müttəfiqi qismində görür: “Ona görə də, Azərbaycanın qətiyyətlə rədd etdiyi bir məsələni süni şəkildə gündəmə gətirmək məntiqlə, Rusiyanın marağında ola bilməz. Rusiya iki milyonluq Ermənistana görə on milyonluq Azərbaycanı itirmək istəməz”.

Şəlalə Göytürk

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı